Connect with us

I Divizion

Sultanov AFFA-nın qərarını rəzalət sayır: “Ya futbola “əlvida” deyilməlidir, ya da onu bu günə salanlara”

-də paylaşıldı

Narazıların sayı hər keçən gün daha da artır. Hətta dünənədək səbr göstərib nələrinsə dəyişəcəyinə ümid edənlər belə inamını itirib. AFFA rəhbərliyinin futbolun inkişafından başqa hər şey barədə düşündüklərini hamı anlayıb.

Zaman-zaman narazılığını bildirənlər, haqlı tənqid edənlər son qərardan sonra ümumiyyətlə, nəyəsə ümid etməyin mənasız olduğunu yəqin ediblər. Azarkeşlərin növbəti dəfə aldadılması, AFFA-nın bölgələrə diqqətsizliyi tənqidləri görünməyən dərəcədə artırıb. İctimaiyyətin fikrini nəzərə almayan assosiasiyanın saymazlığına qəzəblənənlərdən biri də Yaşar Sultanovdu.

Tovuzun “Turan” klubunun sabiq icracı direktoru və AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü divizion klublarına Premyer Liqada iştirak etmək üçün növbəti dəfə lisenziya verilməməsinə üsyan edir: “Turan”a lisenziya verilmədi, “Kəpəz”ə, “Zaqatala “ya verilmədi. Bəs, kimə verildi? Bu nə futboldu oynadırsınız, cənablar? İndidən sonra nə qədər oynadacaqsiniz (!!!), deyin, bilsinlər. Bir reqlament tapıb ortaya şıxara bilmirsinizmi? Nə qədər olar axı? Nəzərə alın, Gəncənin, Tovuzun, Lənkəranın, Şəmkirin, Qazaxın, Qusarın, İmişlinin, Yevlaxın, Masallının, Mingəçevirin komandalarının bir turda topladiği azarkeşlərin sayı, sizin mövcud formatda keçirdiyiniz Premyer Liqanın 5 illik mecmu azarkeş kütləsinin sayından çoxdur. Niyə onların hissi ilə oynayırsınız? Əyalət uşaqlarının ümidlərini niyə qırırsınız, nə üçün sındırırsınız?”

Yaşar bəy illərdi Premyer Liqaya komanda yüksəlməyən divizionun təşkilini mənasız sayır: “Nə mənası var, adına birinci divizion deyib hər il uzun futbol marafonu keçirməyin? O azarkeşlər stadiona niyə toplanir, nəyə ümid edirlər? Bu, aşkar rəzalətdir. Analoji hadisənin qonşu ölkələrdə, ümumiyyətlə, postsovet mekanında baş verdiyini eşitmisinizmi? Gurcustanin 4 liqasında 160-a yaxın komanda oynayır – ayıb deyilmi bizdən ötru? Birdəfəlik məsələ qaldırın muvafiq orqanlar qarşısında, topun Azərbaycana idxalına qadağa qoyulsun, stadionlar marketlərə, bazarlara satılsın, yerlərində şadlıq saraylari tikilsin. Görün onda neçə alverçi, neçə satıcı, ofisiant əmələ gələcək, evlərinə çörəkpulu aparacaqlar. Bizə futbolcu lazım deyil ki. Heç futbol da lazım deyil, göstərirlər də, hər axşam televizorda”.

Fikirlərini ironiya ilə çatdıran Sultanov lisenziya oyunundan hiddətlənib: “Məntiqə baxın – lisenziya verilmədi! Niyə? Nə səbəbdən verilmədi? Kim vermədi? Klubun bazasi yenilənir, akademiya yaradılır, təntənəli açılış olur, amma kluba lisenziya verilmir. Verin də, yazan bəlli, pozan bəlli, niyə verilməsin ki? Onda nə xeyri, nə mənası var o akademiyaların? Uşaqların valideynlərinin, qohumlarının, özlərinin ümidlərini niyə puc edirsiniz? Gəncədə, Tovuzda muxtəlif yaş qrupları üzrə milli komandaların üzvləri var, buraxın onları da gedib bağ-baxça təsərrüfatında valideynlərinə kömək etsinlər. 6 nəfərlik legioner limiti də imkan verməz ki, onlar gedib Premyer Liqada oynasınlar”.

Yaşar bəy indiki AFFA idarəçiləri ilə, futbola hazırkı yanaşma ilə nəyəsə ümid etmir: “Bir sözlə, tunelin sonunda işıq görünmür. Ya futbola “əlvida” deyilməlidir, ya da futbolu bu günə salanlara”.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

AÇ-20202021-06-20 23:39

“Avropa çempionatı bizim üçün böyük sınaq oldu” – Şenol Günəş

Ölkə futbolu2021-06-20 22:50

Araz Abdullayev Kipr klubu ilə müqavilə bağladı

AÇ-20202021-06-20 22:33

İtaliya – Uels matçının ən yaxşısı

AÇ-20202021-06-20 22:22

İsveçrə – Türkiyə matçının ən yaxşısı bilindi

AÇ-20202021-06-20 21:51

Türkiyə İsveçrəyə, Uels İtaliyaya uduzdu

Ölkə futbolu2021-06-20 19:53

“Neftçi” Macarıstan klubu ilə qarşılaşacaq

Dünya futbolu2021-06-20 19:15

“Qalatasaray”ın yeni prezidenti Terimlə bağlı qərarını açıqladı

Digər2021-06-20 18:28

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-06-20 18:00

“Sumqayıt” üçün “Qəbələ”nin mübarizədən kənarlaşdırdığı rəqib

Ölkə futbolu2021-06-20 17:38

“Neftçi”nin ilk yoxlama oyununun başlama vaxtı açıqlandı

Ölkə futbolu2021-06-20 17:19

Podolski “Qarabağ”dan təklif almayıb – meneceri açıqladı

AÇ-20202021-06-20 17:00

Löv Portuqaliya üzərində qələbədən danışdı

Ölkə futbolu2021-06-20 16:43

Dadaşovun komandası səfərdən xalsız döndü

AÇ-20202021-06-20 16:21

Petkoviç Bakıdakı son oyun öncəsi danışdı

Ölkə futbolu2021-06-20 16:00

Baxşıyev baxmaqla kifayətlənir: “Heç kimə dəvət göndərməmişik”

Ölkə futbolu2021-06-20 15:43

FİFA prezidenti Bakıya gəlir

Ölkə futbolu2021-06-20 15:20

Ramin Quliyev tələsmək istəmir

AÇ-20202021-06-20 15:02

AÇ-2020: Hazard Rusiyaya aparılmadı

Dünya futbolu2021-06-20 14:43

“Keşlə”nin rəqibi xorvatiyalı müdafiəçi aldı

AÇ-20202021-06-20 14:21

“Oyunlarımızın Bakıda keçirilməsi bizim üçün çox yaxşı oldu”

Ölkə futbolu2021-06-20 12:05

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-20 11:04

“Neftçi”nin Sloveniya toplanışının ilk günündəki axşam məşqi – VİDEO

Ölkə futbolu2021-06-17 22:36

Mahirdən “Legiya”da uğurlu debüt – het-trikə imza atdı – VİDEO

Ölkə futbolu2021-06-16 18:41

Samir Abasov: “Olimpiakos” tamam başqa səhifədir” – VİDEO

Ölkə futbolu2021-06-16 18:32

Millimizin daha bir üzvü rəsmən Polşa klubunda!

AÇ-20202021-06-16 15:19

Ronaldodan sonra Poqba da sponsorlara “ilişdi” – VİDEO

Dünya futbolu2021-06-14 10:57

Braziliyadan ilk oyunda darmadağın – VİDEO

AÇ-20202021-06-12 22:18

Eriksenin huşunu itirdiyi an – VİDEO

Ölkə futbolu2021-06-11 16:11

“Qarabağ” yeni transferini açıqladı – VİDEO

AÇ-20202021-06-09 18:02

Türkiyə millisinin üzvləri azərbaycanlı azarkeşlərdən dəstək istədi

Ölkə futbolu2021-06-08 16:39

Mert Çeliklə “Piramida” – VİDEO

Premyer-liqa2021-06-08 12:36

“Sabah”ın ötən mövsüm vurduğu bütün qollar – VİDEO

Milli komanda2021-06-03 00:14

Millimizdən Minskdə əzmkar qələbə – VİDEO

Dünya futbolu2021-05-30 09:40

“Mançester Siti” ÇL-in finalında belə uduzdu – VİDEO

Dünya futbolu2021-05-29 11:23

İtaliya millisi 7 cavabsız qolla qalib gəldi – VİDEO

Milli komanda2021-05-28 10:24

Türkiyə – Azərbaycan matçında 3 qol – VİDEO

Ölkə kuboku2021-05-25 01:25

“Sumqayıt” yenə finalda uduzdu – VİDEO

Ölkə kuboku2021-05-25 01:09

Azərbaycan Kubokunun qalibi mükafatlandırıldı – VİDEO

Premyer-liqa2021-05-20 15:52

“Keşlə” – “Qəbələ” matçında 4 qol – VİDEO

Ölkə futbolu2021-05-20 02:48

Premyer Liqanın qalibləri belə mükafatlandırıldı – VİDEO

Gündəm