Connect with us

Milli komanda

Ozobiç milliləşdirildi – 30 yaşında!!!

-də paylaşıldı

Filip Ozobiçin milli komandamızda oynayacağı dəqiqləşib. İtaliyalı baş məşqçi Canni de Byazinin israrı ilə xorvat yarımmüdafiəçiyə Azərbaycan pasportu verilib. Yığmanın növbəti toplanış üçün açıqlanacaq heyətində onun da adı olacaq.

Düzdü, “Qarabağ”ın üzvü zədə üzündən mövsümü erkən başa vurub. Bu səbəbdən onun maydakı hazırlıqlara qatılmaması mümkündü. Lakin qarşıdakı matçlarda Ozobiç de Byazinin sərəncamında olacaq.

Ölkəmizə 2016-cı ildə gələn Ozobiçin 5 ili tamam olub. “Qəbələ”nin tapıntısı tələb olunan müddəti doldurduğu üçün onun Azərbaycan millisində oynamağı problem deyil. Xorvatiya yığmasından əlini üzən Filip özü də bunda maraqlıdı və AFFA-nın təklif etdiyi şərtlər işinə yaradığından razılığını verib. Onun üçün tələb etdiyi şərait yaradılıb, müəyyən maliyyə ayrılıb və proses yekunlaşıb. AFFA Xorvatiya Futbol Federasiyasına, ardınca FIFA-ya etdiyi müraciətə müsbət cavab aldığından Ozobiçin yığmamızda oynaması üçün problem qalmayıb.

Ozobiç yaxşı oyunçudu, “Qəbələ”də göstərdiyi oyuna görə “Qarabağ”a transfer olunub və komandaya xeyri dəyib. Təsadüfi deyil, məhz onun yoxluğunda ağdamlılar indi əziyyət çəkir, xallar itirir. Lakin 30 yaşı aprelin 8-də tamam olan biri milli komandamıza neçə il xidmət edəcək? Karyerasında eniş başlamış birindən mədət ummağa dəyərmi?

Ümumiyyətlə, milliləşdirmə faktı AFFA-nın özünü ifşa edir. Əcnəbiyə qucaq açılması göstərir ki, 14 ildi futbola rəhbərlik edənlər bu dövrdə normal işləməyib. Gənc nəsil yetişdirilməyib, layiqli əvəzedici kadrlar yoxdu. Bu səbəbdən nisbətən fərqlənən əcnəbilərə qucaq açılır. Halbuki AFFA-da hakimiyyət dəyişəndən bu yana düzgün strategiya seçilsəydi, vəzifədəkilərin səriştəsi olsaydı, 14 il öncə futbola gələn uşaqlar indi milli komandada kəskin rəqabət yaratmalıydı.

İkinci məsələ AFFA-nın seçdiyi xəttlə bağlıdı. Uğursuz nəticələr sıralanarkən rəhbərlik yeni komanda qurulduğunu, gəncləşdimə siyasəti aparıldığını əldə bayraq etmişdi. O zaman 30 yaşlı “yeniyetmə”ni milliləşdirməyin adı nədir?

Xatırladaq ki, Ozobiç Xorvatiya yığmasında da çıxış edib. Lakin 2017-ci ildəki matçlar rəsmi görüşlər olmadığından, onun millimizin formasını geyməsinə əngəl yoxdu. Filip 4 il öncə yanvarda Çinin Nannin şəhərində keçirilən “China cup 2017” turnirində vətəninin millisinin formasını geyib. Çili ilə matçda 57 dəqiqə forma geyən Filip Çinlə görüşün 90+1-ci dəqiqəsində meydana daxil olmuş, əlavə 30 dəqiqədə qələbə üçün çalışmışdı. Namizədlərin sınandığı və 4-cü yeri tutmaqla nəticələnən həmin turnirdən sonra Filipə bir daha ehtiyac duyulmamışdı.

FƏRİD

Arxiv

AÇ-20202021-06-20 23:39

“Avropa çempionatı bizim üçün böyük sınaq oldu” – Şenol Günəş

Ölkə futbolu2021-06-20 22:50

Araz Abdullayev Kipr klubu ilə müqavilə bağladı

AÇ-20202021-06-20 22:33

İtaliya – Uels matçının ən yaxşısı

AÇ-20202021-06-20 22:22

İsveçrə – Türkiyə matçının ən yaxşısı bilindi

AÇ-20202021-06-20 21:51

Türkiyə İsveçrəyə, Uels İtaliyaya uduzdu

Ölkə futbolu2021-06-20 19:53

“Neftçi” Macarıstan klubu ilə qarşılaşacaq

Dünya futbolu2021-06-20 19:15

“Qalatasaray”ın yeni prezidenti Terimlə bağlı qərarını açıqladı

Digər2021-06-20 18:28

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-06-20 18:00

“Sumqayıt” üçün “Qəbələ”nin mübarizədən kənarlaşdırdığı rəqib

Ölkə futbolu2021-06-20 17:38

“Neftçi”nin ilk yoxlama oyununun başlama vaxtı açıqlandı

Ölkə futbolu2021-06-20 17:19

Podolski “Qarabağ”dan təklif almayıb – meneceri açıqladı

AÇ-20202021-06-20 17:00

Löv Portuqaliya üzərində qələbədən danışdı

Ölkə futbolu2021-06-20 16:43

Dadaşovun komandası səfərdən xalsız döndü

AÇ-20202021-06-20 16:21

Petkoviç Bakıdakı son oyun öncəsi danışdı

Ölkə futbolu2021-06-20 16:00

Baxşıyev baxmaqla kifayətlənir: “Heç kimə dəvət göndərməmişik”

Ölkə futbolu2021-06-20 15:43

FİFA prezidenti Bakıya gəlir

Ölkə futbolu2021-06-20 15:20

Ramin Quliyev tələsmək istəmir

AÇ-20202021-06-20 15:02

AÇ-2020: Hazard Rusiyaya aparılmadı

Dünya futbolu2021-06-20 14:43

“Keşlə”nin rəqibi xorvatiyalı müdafiəçi aldı

AÇ-20202021-06-20 14:21

“Oyunlarımızın Bakıda keçirilməsi bizim üçün çox yaxşı oldu”

Ölkə futbolu2021-06-20 12:05

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-20 11:04

“Neftçi”nin Sloveniya toplanışının ilk günündəki axşam məşqi – VİDEO

Ölkə futbolu2021-06-17 22:36

Mahirdən “Legiya”da uğurlu debüt – het-trikə imza atdı – VİDEO

Ölkə futbolu2021-06-16 18:41

Samir Abasov: “Olimpiakos” tamam başqa səhifədir” – VİDEO

Ölkə futbolu2021-06-16 18:32

Millimizin daha bir üzvü rəsmən Polşa klubunda!

AÇ-20202021-06-16 15:19

Ronaldodan sonra Poqba da sponsorlara “ilişdi” – VİDEO

Dünya futbolu2021-06-14 10:57

Braziliyadan ilk oyunda darmadağın – VİDEO

AÇ-20202021-06-12 22:18

Eriksenin huşunu itirdiyi an – VİDEO

Ölkə futbolu2021-06-11 16:11

“Qarabağ” yeni transferini açıqladı – VİDEO

AÇ-20202021-06-09 18:02

Türkiyə millisinin üzvləri azərbaycanlı azarkeşlərdən dəstək istədi

Ölkə futbolu2021-06-08 16:39

Mert Çeliklə “Piramida” – VİDEO

Premyer-liqa2021-06-08 12:36

“Sabah”ın ötən mövsüm vurduğu bütün qollar – VİDEO

Milli komanda2021-06-03 00:14

Millimizdən Minskdə əzmkar qələbə – VİDEO

Dünya futbolu2021-05-30 09:40

“Mançester Siti” ÇL-in finalında belə uduzdu – VİDEO

Dünya futbolu2021-05-29 11:23

İtaliya millisi 7 cavabsız qolla qalib gəldi – VİDEO

Milli komanda2021-05-28 10:24

Türkiyə – Azərbaycan matçında 3 qol – VİDEO

Ölkə kuboku2021-05-25 01:25

“Sumqayıt” yenə finalda uduzdu – VİDEO

Ölkə kuboku2021-05-25 01:09

Azərbaycan Kubokunun qalibi mükafatlandırıldı – VİDEO

Premyer-liqa2021-05-20 15:52

“Keşlə” – “Qəbələ” matçında 4 qol – VİDEO

Ölkə futbolu2021-05-20 02:48

Premyer Liqanın qalibləri belə mükafatlandırıldı – VİDEO

Gündəm