Connect with us

Ölkə futbolu

Arzulanan finiş: bütün suallara son turda aydınlıq gələcək

-də paylaşıldı

Azarkeşlər üçün arzulanan finişdi. Nəhayət, 10 ildən sonra çempionun adını öyrənmək üçün son turu gözləmək lazım gəlir. Həm də təkcə qızıl deyil, bütün medalların sahiblərini… Avrokuboklarda ölkəmizi kimlərin təmsil edəcəyi qismən bəlli olsa da, kimin hansı turnirə yollanması məhz son turdan sonra aydınlaşacaq.

“Qəbələ”nin ilk penaltisini vurduğu, “Zirə”nin qələbəsiz oyunlar seriyasına son qoyduğu həftədə liderlər büdrəmədi. Elə bunun sayəsində gözlənilən sonluq reallaşdı – çempionun adına liderlərin son turdakı şəxsi duelində aydınlıq gələcək.

Ardıcıl xal itkilərindən sonra sürət yığmağı bacaran “Qarabağ” aşkar autsayderə də acımadı. İlk yarıda tirin möhkəmliyini iki dəfə yoxlayan ağdamlılar fasilədən həmən sonra hesabı açdı. Mahir Emrelinin dəqiq baş zərbəsindən sonra sakitləşməyən çempion zirvədə qalmaq üçün daha bir qol vurdu. Böyük hesabın təmin olunması üçün də ələ fürsət düşmüşdü. Amma bombardirlik üçün yarışan Mahir qapını yox, “Keşlə”nin qapıçısını nişan alaraq, ayağına gələn fürsəti boşa verdi. Bununla belə, “Qarabağ” son tura əsas rəqibinin bir xal önündə daxil olacaq.

Sumqayıtda qələbə qazanmamaq “Neftçi”yə əngəl olmayacaqdı. Bakılılar istənilən halda çempion olmaq üçün son turda “Qarabağ”ı yenməlidi. Rəqibindən fərqli olaraq, mövsümün bağlanış matçında bərabərlik paytaxt təmsilçisini qane etməyəcək. Bu səbəbdən həmin oyunöncəsi 1, yoxsa 3 xal geridə olmaq heç nəyi dəyişməyəcəkdi.

“Sumqayıt” üçün də vəziyyət oxşardı. 3-cü pillədə qalmaq üçün yalnız qələbəyə ehtiyac duyan meydan sahiblərinə bərabərlik də sərf etmirdi. Hər iki halda komanda “Zirə”yə aşağıdan yuxarı baxacaqdı. Bununla belə, qonaqlar risk etmədi və qələbə üçün çalışdı. Məğlubiyyət halında hər şeyin bitəcəyini anlayan “Neftçi” ilk dəqiqələrdən hücuma atıldı və ilk hissənin sonunda arzusuna çatdı. Voyislav Stankoviçin tək qolu son matçın “qızıl oyun”a çevrilməsi üçün kifayət etdi.

“Zirə” yenidən 3-cü pillədədi və avrokuboklara vəsiqəni rəsmiləşdirmək üçün son turda qələbə qazanmağa məhkumdu. “Səbail” üzərində qələbə çətin başa gəldi, amma komanda üzərindəki təzyiqi atmağı bacardı. “Sabah”la matçda son nöqtəni qoymaq, bu pulləyə əsas namizəd olan “Sumqayıt”dan pis nəticə göstərməmək şərtdi. Çünki xallar bərabər olsa, bürünc medal şəxsi oyunlarda üstün olan “kimyaçılar”ın boynundan asılacaq.

Hər iki cəbhədə şansını saxlayan yeganə komanda “Sumqayıt”dı. Lakin Ayxan Abbasovun yetirmələri hələ də avrokubok biletini təmin etməyib. Son turda “Zirə”ni ötmək sumqayıtlıların yalnız özündən asılı məsələ deyil, arzularına çatmasalar, kubokun finalı həyatı əhəmiyyətli olacaq. “Keşlə”yə mümkün yenilgi uğurlu keçən mövsümün acı sonluğu olardı.

İstənlən halda, qarşıdakı həftə bizi maraqlı finiş gözləyir. Öncə bürünc medalçının, deməli, həm də avrokuboklara yollanacaq komandalardan birinin taleyi həll olunacaq. Ardınca “Neftçi”ylə “Qarabağ” mövsümün həlledici matçına çıxacaq. Əla sonluqdu, layiq olan qazansın.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-06-24 23:16

“Neftçi”nin yarımmüdafiəçisi zədələndi

Ölkə futbolu2021-06-24 22:23

“Neftçi” “Domjale”yə uduzdu

Dünya futbolu2021-06-24 21:25

Super Liqa klubunda dörd ayrılıq

Ölkə futbolu2021-06-24 20:27

“Pelister”dən “Keşlə”yə növbəti transfer

Premyer-liqa2021-06-24 19:50

Premyer Liqada yay bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2021-06-24 19:36

“Keşlə” Aldairi transfer etdi

Dünya futbolu2021-06-24 18:44

UEFA-dan rəsmi qərar: Səfər qolu qaydası ləğv olundu!

Ölkə futbolu2021-06-24 18:18

“Qəbələ”dən ayrılan futbolçu rəsmən “Sumqayıt”da!

Ölkə futbolu2021-06-24 18:07

“Sumqayıt” pul tapdı: Xəyalın gedişi Qurbaninin qalmasına şərait yaradacaq

AÇ-20202021-06-24 17:37

AÇ-2020: Fransa millisində 2 itki

AÇ-20202021-06-24 17:02

Fransızlar Budapeşti Buxarestlə səhv saldılar, millinin oyununu qaçırdılar

Digər2021-06-24 16:50

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-06-24 16:32

“Səbail” Əmirli ilə anlaşdı

AÇ-20202021-06-24 16:17

Ərdəbilli Daei təbrik, Ronaldo təşəkkür etdi

Ölkə futbolu2021-06-24 16:13

“Sumqayıt” “Qəbələ”dən daha birini gətirdi

Ölkə futbolu2021-06-24 16:12

“Zirə” “Sabah” və “Qəbələ” ilə yoxlama oyunu keçirəcək

Ölkə kuboku2021-06-24 15:54

“Keşlə”də transfer biabırçılığı: cəzalı oyunçunu heyətə qatdılar

Ölkə futbolu2021-06-24 15:28

“Sumqayıt”da daha bir yeni müqavilə

Dünya futbolu2021-06-24 15:00

Fransa klubunda yeni baş məşqçi

Dünya futbolu2021-06-24 14:41

Super Liqa klubundan daha bir transfer

Ölkə futbolu2021-06-22 19:53

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-22 17:19

“Neftçi”nin Sloveniya toplanışında 4-cü gün – VİDEO

Ölkə futbolu2021-06-22 09:29

“Neftçi”dən ilk oyunda heç-heçə – VİDEO

Ölkə futbolu2021-06-22 09:00

Savo Miloşeviç: “Neftçi” keyfiyyətli komandadır” – VİDEO

Ölkə futbolu2021-06-21 17:00

“Neftçi” yeni mövsüm üçün formalarını təqdim etdi – VİDEO

Ölkə futbolu2021-06-20 12:05

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-20 11:04

“Neftçi”nin Sloveniya toplanışının ilk günündəki axşam məşqi – VİDEO

Ölkə futbolu2021-06-17 22:36

Mahirdən “Legiya”da uğurlu debüt – het-trikə imza atdı – VİDEO

Ölkə futbolu2021-06-16 18:41

Samir Abasov: “Olimpiakos” tamam başqa səhifədir” – VİDEO

Ölkə futbolu2021-06-16 18:32

Millimizin daha bir üzvü rəsmən Polşa klubunda!

AÇ-20202021-06-16 15:19

Ronaldodan sonra Poqba da sponsorlara “ilişdi” – VİDEO

Dünya futbolu2021-06-14 10:57

Braziliyadan ilk oyunda darmadağın – VİDEO

AÇ-20202021-06-12 22:18

Eriksenin huşunu itirdiyi an – VİDEO

Ölkə futbolu2021-06-11 16:11

“Qarabağ” yeni transferini açıqladı – VİDEO

AÇ-20202021-06-09 18:02

Türkiyə millisinin üzvləri azərbaycanlı azarkeşlərdən dəstək istədi

Ölkə futbolu2021-06-08 16:39

Mert Çeliklə “Piramida” – VİDEO

Premyer-liqa2021-06-08 12:36

“Sabah”ın ötən mövsüm vurduğu bütün qollar – VİDEO

Milli komanda2021-06-03 00:14

Millimizdən Minskdə əzmkar qələbə – VİDEO

Dünya futbolu2021-05-30 09:40

“Mançester Siti” ÇL-in finalında belə uduzdu – VİDEO

Dünya futbolu2021-05-29 11:23

İtaliya millisi 7 cavabsız qolla qalib gəldi – VİDEO

Gündəm