Connect with us

Ölkə futbolu

“Qəbələ” 9 futbolçu ilə yollarını ayırdı

-də paylaşıldı

“Qəbələ” doqquz futbolçu – Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyi ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçuların 2020/21 mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib.

2014/15 mövsümündən fasilələrlə “qırmızı-qaralar”ın formasını geyinən Cavid Hüseynov bu müddətdə 138 matç keçirib. 20 qol vuran yarımmüdafiəçi üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/15 mövsümündə bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/17 və 2017/18 mövsümlərində yarışın finalçısı olub. O, Premyer Liqada 107 (15 qol), Azərbaycan kubokunda 20 (2 qol), UEFA Avropa Liqasında 11 (3 qol) oyun keçirib. Hüseynov hamıdan çox – 72 dəfə “Qəbələ”ni kapitan kimi meydana çıxarıb.

2019-cu ilin yayında komandaya qoşulan Merab Qiqauri iki mövsüm ərzində 47 matça çıxıb. Gürcüstanlı legionerin aktivində 1 top var. Merab Premyer Liqada 40 (1 qol), Azərbaycan kubokunda 5, UEFA Avropa Liqasında 2 oyun keçirib.

2020-ci ilin əvvəlində transfer olunan Nikolas Raysel 1,5 mövsüm “qırmızı-qaralar”ın şərəfini qoruyub. O, bu müddətdə 33 oyunda meydana çıxıb və 7 qol vurub. Fransalı futbolçu Premyer Liqada 30 (7 qol), Azərbaycan kubokunda 3 matça çıxıb.

2018-ci ilin yayında transfer olunan Ceyms Adeniyi komandamızda iki mövsüm keçirib. 2019/20 mövsümündə İsrail “Hapoel”inə (Kiryat-Şmona) icarəyə verilən hücumçu “qırmızı-qaralar”ın heyətində 57 oyunda 18 qol vurub. 2018/19 mövsümündə Azərbaycan kubokunun qalibi olan nigeriyalı Premyer Liqada 48 (14 qol), kubokda 7 (4 qol), UEFA Avropa Liqasında 2 matça çıxıb.

Digər beş oyunçu “Qəbələ” Futbol Akademiyasının yetirmələridir. Əsas komandada 2017/18 mövsümündə debüt edən Ülvi İsgəndərov fasilələrlə “qırmızı-qara” forma geyinib. O, bu müddətdə 41 oyunda 6 dəfə rəqib qapısına yol tapıb. Ülvi Premyer Liqada 36 (4 qol), Azərbaycan kubokunda 3 (2 qol), UEFA Avropa Liqasında 2 dəfə şans qazanıb.

Yusif Nəbiyevin də əsas komandada debütü 2017/18 mövsümünə təsadüf edib. Fasilələrlə “Qəbələ”də çıxış edən akademiyanın yetirməsi 36 qarşılaşmada forma geyinib. Onun aktivində 2 top var. Hər iki qola Premyer Liqada imza atan futbolçu çempionatda 31, Azərbaycan kubokunda 4, UEFA Avropa Liqasında 1 dəfə şans qazanıb. O, 2017/18 mövsümündə Premyer Liqanın gümüş mükafatçısı, ölkə kubokunun finalçısı olub.

Əsas komandada 2012/13 mövsümündə debüt edən Sadiq Quliyev fasilələrlə “Qəbələ”də oynayıb. 30 matç keçirən müdafiəçi Premyer Liqada 24, kubokda 4, UEFA Avropa Liqasında 2 matçda iştirak edib. O, 2013/14 və 2014/15 mövsümlərində Premyer Liqanın bürünc mükafatçısı, 2013/14 mövsümündə Azərbaycan kubokunun finalçısı olub.

2015/16 mövsümündə əsas komandaya cəlb olunan Roman Hüseynov fasilə ilə “qırmızı-qara” formanı geyinib. O, bu müddətdə 46 oyunda 2 qol vurub. Yarımmüdafiəçi Premyer Liqada 35 (2 qol), ölkə kubokunda 8, UEFA Avropa Liqasında 3 dəfə şans qazanıb. O, 2015/16 mövsümündə bürünc, 2016/17 mövsümündə gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu qazanan yarımmüdafiəçi 2016/17 mövsümündə yarışın finalçısı olub.

Əsas komandada 2019/20 mövsümündə debüt edən Faiq Hacıyev 6 oyun keçirib. Müdafiəçinin iştirakçısı olduğu bu qarşılaşmalar Premyer Liqa çərçivəsində baş tutub.

“Qəbələ” İdman Klubu Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyiyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara, vurulan qollara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Ölkə futbolu2021-06-24 22:23

“Neftçi” “Domjale”yə uduzdu

Dünya futbolu2021-06-24 21:25

Super Liqa klubunda dörd ayrılıq

Ölkə futbolu2021-06-24 20:27

“Pelister”dən “Keşlə”yə növbəti transfer

Premyer-liqa2021-06-24 19:50

Premyer Liqada yay bazarlığı – YENİLƏNİR

Ölkə futbolu2021-06-24 19:36

“Keşlə” Aldairi transfer etdi

Dünya futbolu2021-06-24 18:44

UEFA-dan rəsmi qərar: Səfər qolu qaydası ləğv olundu!

Ölkə futbolu2021-06-24 18:18

“Qəbələ”dən ayrılan futbolçu rəsmən “Sumqayıt”da!

Ölkə futbolu2021-06-24 18:07

“Sumqayıt” pul tapdı: Xəyalın gedişi Qurbaninin qalmasına şərait yaradacaq

AÇ-20202021-06-24 17:37

AÇ-2020: Fransa millisində 2 itki

AÇ-20202021-06-24 17:02

Fransızlar Budapeşti Buxarestlə səhv saldılar, millinin oyununu qaçırdılar

Digər2021-06-24 16:50

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-06-24 16:32

“Səbail” Əmirli ilə anlaşdı

AÇ-20202021-06-24 16:17

Ərdəbilli Daei təbrik, Ronaldo təşəkkür etdi

Ölkə futbolu2021-06-24 16:13

“Sumqayıt” “Qəbələ”dən daha birini gətirdi

Ölkə futbolu2021-06-24 16:12

“Zirə” “Sabah” və “Qəbələ” ilə yoxlama oyunu keçirəcək

Ölkə kuboku2021-06-24 15:54

“Keşlə”də transfer biabırçılığı: cəzalı oyunçunu heyətə qatdılar

Ölkə futbolu2021-06-24 15:28

“Sumqayıt”da daha bir yeni müqavilə

Dünya futbolu2021-06-24 15:00

Fransa klubunda yeni baş məşqçi

Dünya futbolu2021-06-24 14:41

Super Liqa klubundan daha bir transfer

Ölkə futbolu2021-06-24 14:19

Prezident Fariz Nəcəfovu 3 medalla təltif etdi

Ölkə futbolu2021-06-22 19:53

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-22 17:19

“Neftçi”nin Sloveniya toplanışında 4-cü gün – VİDEO

Ölkə futbolu2021-06-22 09:29

“Neftçi”dən ilk oyunda heç-heçə – VİDEO

Ölkə futbolu2021-06-22 09:00

Savo Miloşeviç: “Neftçi” keyfiyyətli komandadır” – VİDEO

Ölkə futbolu2021-06-21 17:00

“Neftçi” yeni mövsüm üçün formalarını təqdim etdi – VİDEO

Ölkə futbolu2021-06-20 12:05

Yusuf Lavalla “Piramida” – VİDEO

Ölkə futbolu2021-06-20 11:04

“Neftçi”nin Sloveniya toplanışının ilk günündəki axşam məşqi – VİDEO

Ölkə futbolu2021-06-17 22:36

Mahirdən “Legiya”da uğurlu debüt – het-trikə imza atdı – VİDEO

Ölkə futbolu2021-06-16 18:41

Samir Abasov: “Olimpiakos” tamam başqa səhifədir” – VİDEO

Ölkə futbolu2021-06-16 18:32

Millimizin daha bir üzvü rəsmən Polşa klubunda!

AÇ-20202021-06-16 15:19

Ronaldodan sonra Poqba da sponsorlara “ilişdi” – VİDEO

Dünya futbolu2021-06-14 10:57

Braziliyadan ilk oyunda darmadağın – VİDEO

AÇ-20202021-06-12 22:18

Eriksenin huşunu itirdiyi an – VİDEO

Ölkə futbolu2021-06-11 16:11

“Qarabağ” yeni transferini açıqladı – VİDEO

AÇ-20202021-06-09 18:02

Türkiyə millisinin üzvləri azərbaycanlı azarkeşlərdən dəstək istədi

Ölkə futbolu2021-06-08 16:39

Mert Çeliklə “Piramida” – VİDEO

Premyer-liqa2021-06-08 12:36

“Sabah”ın ötən mövsüm vurduğu bütün qollar – VİDEO

Milli komanda2021-06-03 00:14

Millimizdən Minskdə əzmkar qələbə – VİDEO

Dünya futbolu2021-05-30 09:40

“Mançester Siti” ÇL-in finalında belə uduzdu – VİDEO

Dünya futbolu2021-05-29 11:23

İtaliya millisi 7 cavabsız qolla qalib gəldi – VİDEO

Gündəm