Connect with us

AÇ-2020

İtaliya millisi Avropa çempionatlarında ilkə imza atdı

-də paylaşıldı

Futbol üzrə İtaliya yığması AÇ-2020-də qrup mərhələsini yüzfaizlik nəticə ilə başa vurdu. Futbolinfo.az xəbər verir ki, Roberto Mançininin komandası Türkiyə (3:0) və İsveçrənin (3:0) ardından Uelsə də 1:0 hesabıyla qalib gəldi.

Beləcə, italyanlar qrup mərhələsini qol buraxmadan və +7 top fərqi ilə başa vurdular. Hələlik, bu Avropa çempionatında yüzfaizlik nəticə ilə irəliləyən yeganə komanda məhz “skuadra adzurra”dır.

İtaliya millisi AÇ-2000-də də oxşar uğura imza atmışdı. Həmin qitə birinciliyində də italyanların qalib gəldiyi komandalardan biri Türkiyə olmuşdu – 2:1. Bu kollektivin digər “qurbanlar”ı isə Belçika (2:0) və İsveç (2:1) yığmaları olmuşdu.

İtaliya kimi, Niderland millisi də tarixində iki dəfə AÇ-nin qrup mərhələsini üç qələbə ilə başa vurub. Bu, AÇ-2000 və AÇ-2008-ə təsadüf edib.

Fransa (1984), Portuqaliya (2000), Çexiya (2004), İspaniya (2008), Xorvatiya (2008) və Almaniya (2012) yığmaları isə hərəyə bir dəfə belə uğura imza atıb. Lakin Mançininin rəhbərlik etdiyi İtaliya millisi digərlərindən fərqli olaraq, ilk dəfə qrup mərhələsini qol buraxmadan yüz faizlik nəticə ilə başa vurub.

İtaliya millisi ümumiyyətlə son 11 oyununda qapısından qol buraxmayıb. Sözügedən komandanın məğlubiyyətsiz oyunlar seriyası isə artıq 30 matça çıxıb. Bununla da italyanlar tarixi rekordlarını təkrarlayıblar. İtaliya yığması 1935-1939-cu illər aralığında da Vittorio Pozzonun rəhbərliyi altında ən uzun məğlubiyyətsiz oyunlar seriyasına imza atmışdı. Yeri gəlmişkən, italyanlar bu mütəxəssisin rəhbərliyi altında 1934 və 1938-ci illərdə Avropa çempionu olublar.

Bu Avropa çempionatında ən azı növbəti bir oyunda da uduzmayacağı təqdirdə, İtaliya millisi tarixi rekorda imza atmış olacaq.

Xatırladaq ki, italyanlar sonuncu dəfə 2018-ci ilin sentyabrında məğlubiyyətə üzülüblər. Həmin vaxt bu komandanı UEFA Millətlər Liqasında Portuqaliya yığması 1:0 hesabıyla məyus edib.

Reklam
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-07-24 21:48

Nəbiyevdən yeni mövsümə qollu start

Digər2021-07-24 21:07

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-07-24 19:14

Azərbaycanlı futbolçuya nigerli rəqib

I Divizion2021-07-24 18:24

“Kəpəz" İbrahim Qədirzadə ilə anlaşdı

Dünya futbolu2021-07-24 16:58

Paytaxt klubu yeni transferini açıqladı

Ölkə futbolu2021-07-24 16:05

“Sumqayıt” - “Çukariçki” matçının biletləri nə vaxt satışa çıxacaq?

Dünya futbolu2021-07-24 15:06

“Mançester Yunayted”də Sulşerlə bağlı qərar rəsmən açıqlandı

Müsahibə2021-07-24 14:32

Ramil Şeydayev: “Başqa seçimimiz yoxdur”

Dünya futbolu2021-07-24 14:16

Super Liqa klubu iki yeni futbolçu ilə gücləndi

Dünya futbolu2021-07-24 13:47

La Liqa klubundan daha iki transfer

Dünya futbolu2021-07-24 12:55

“Hazırda tam formada deyiləm” - Nuriyev

Dünya futbolu2021-07-24 12:17

“Everton”dan ayrıldı, BƏƏ klubu ilə müqavilə bağladı

Ölkə futbolu2021-07-24 11:55

“Sabah” “Samqurali”yə belə uduzdu - VİDEO

Ölkə futbolu2021-07-24 11:36

“Fiorentina”dan “Kasımpaşa”ya

Ölkə futbolu2021-07-24 11:18

Cavid İmamverdiyev Divizion klubunda!

Ölkə futbolu2021-07-24 10:59

“Sabah” “Telavi” ilə yoxlama oyunu keçirəcək

Dünya futbolu2021-07-24 10:40

İtaliya klubunda 6 futbolçu koronavirusa yoluxdu

Dünya futbolu2021-07-24 10:21

Əhməd Musa Türkiyə klubunda

Dünya futbolu2021-07-24 09:58

“Qalatasaray”dan bir gündə 3 transfer

Dünya futbolu2021-07-24 09:29

PSJ-dən baş məşqçisi ilə yeni müqavilə

Ölkə futbolu2021-07-24 11:55

“Sabah” “Samqurali”yə belə uduzdu - VİDEO

Ölkə futbolu2021-07-22 10:35

“Neftçi” “Olimpiakos”a belə uduzdu - VİDEO

Ölkə futbolu2021-07-18 13:55

“Legiya”lı futbolçulardan ağlayan Mahirə təskinlik - VİDEO

Ölkə futbolu2021-07-17 22:51

“Sabah”ın qapıçıları yeni mövsümə xüsusi hazırlaşır - VİDEO

Ölkə futbolu2021-07-16 23:55

“Neftçi” növbəti transferini açıqladı - VİDEO

Ölkə futbolu2021-07-16 21:24

“Sabah”ın Gürcüstan toplanışı davam edir - VİDEO

Ölkə futbolu2021-07-16 10:52

“Qarabağ”dan “Auqsburq”la heç-heçə - VİDEO

Ölkə futbolu2021-07-15 20:52

Fransalı futbolçu “Neftçi”də - VİDEO

Dünya futbolu2021-07-15 10:21

“Neftçi”nin rəqibi darmadağına sevindi - VİDEO

Ölkə futbolu2021-07-15 09:27

“Neftçi” gürcülərə Bakıda da qalib gəldi - VİDEO

Ölkə futbolu2021-07-13 17:50

“Neftçi” - “Dinamo” matçına nə qədər bilet satılıb?

Ölkə futbolu2021-07-12 09:00

“Qarabağ” Rusiya klubuna belə uduzdu - VİDEO

Ölkə futbolu2021-07-12 01:05

Qurban Qurbanov: “Azarkeşlərimiz üçün darıxmışıq”

Dünya futbolu2021-07-11 10:22

Argentina millisi 28 il sonra çempion oldu!

Ölkə futbolu2021-07-10 14:54

“Neftçi”nin Tiflis zəfəri “Neftçi TV”nin gözü ilə - VİDEO

Ölkə futbolu2021-07-10 10:48

“Borussiya”nın yetirməsi “Sabah”da

Dünya futbolu2021-07-08 15:30

Nuriyev debüt oyununda qol vurdu - VİDEO

Ölkə futbolu2021-07-08 13:35

“Qarabağ”ın bolqarlar üzərində qələbəsi - VİDEO

Ölkə futbolu2021-07-08 11:07

Qurban Qurbanov: "Bir az çətinliklərimiz var"

Ölkə futbolu2021-07-08 00:29

“Neftçi”nin “Dinamo” üzərində qələbəsi - VİDEO

Gündəm