Connect with us

Ölkə futbolu

Harramiz “Neftçi”yə keçidindən və hədəflərindən danışdı – VİDEO

-də paylaşıldı

“Neftçi”nin yeni transferi Harramiz Suares paytaxt klubuna transferindən danışıb.

Futbolinfo.az xəbər verir ki, o, “Neftçi TV”yə müsahibəsində bunları söyləyib:

“Həqiqətən də, bu mənim Portuqaliyadan kənarda ilk təcrübəmdir. Ölkə xaricində heç vaxt oynamamışdım. Başqa ölkə klublarından mənə çoxlu təklif olmuşdu. Özüm də xaricdə təcrübə keçmək istəyirdim, amma gələn təkliflər ciddi deyildi və reallıqda məni maraqlandırmırdı. Bu isə mənim gəlib burada özümü göstərməyim və avrokuboklarda iştirak etməyim üçün böyük imkandır. Bura gəlməzdən əvvəl ailəm – yoldaşım, atam və anamla məsləhətləşdim. Onlar da mənə “Neftçi”yə qoşulmağı tövsiyə etdilər. Hazırda ağlımdan keçən ən böyük məqsədim Azərbaycan çempionluğu titulunu qazanmaqdır. Bundan əlavə, Çempionlar Liqasında bacardığımız qədər irəli getməyimizi istəyirəm. Çempionlar Liqasında çox irəliləyə bilməsək, heç olmasa Konfrans Liqasının qrup mərhələsində yerimizi təmin edək.

Təlim-məşq toplanışı çox yaxşı gedir. Bu mənim üçün böyük təcrübədir. Yavaş-yavaş komandaya uyğunlaşmağa çalışıram. Buradakı oyunçuların fərdi keyfiyyətlərindən çox təəccübləndim. Olduqca yaxşı futbolçulardır. Yenə deyirəm, adaptasiyam yaxşı gedir. Çünki ilk gündən məni yaxşı qarşıladılar. Komandaya uyğunlaşmağımla bağlı problem olacağına inanmıram.

Komanda yoldaşlıq oyunlarında fiziki cəhətdən bir az yorğun görünürdü. Təlim-məşq toplanışında olduğumuz üçün bu normaldır. Həm də hazırlıq matçlarında nəticə elə də önəmli deyil. Ümumilikdə məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırıq ki, həm avrokubok, həm də çempionat oyunlarına tam hazır olaq.

Deyərdim ki, oynadığım hər iki mövqedə özümü çox rahat hiss edirəm. İstər müdafiənin sol, istər sağ cinahında, istərsə də hücumda rahatam. Buna baxmayaraq, baş məşqçi məni hansı mövqedə oynatsa, orada özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam”.

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqib – Tiflis “Dinamo”sunu da dəyərləndirən yarımmüdafiəçi komandaya faydalı olması üçün əlindən gələni edəcəyini deyib:

“Tiflis “Dinamo”sunun bir neçə oyunundan epizodları artıq izləmişik. Hazırda Gürcüstan çempionatı davam edir. Buna görə də bizimlə müqayisədə rəqib fiziki cəhətdən daha da formadadır. Məncə, çətin oyun olacaq. Bununla belə, gücümüzə uyğun rəqibdir. Maksimum yaxşı nəticə qazanmağa çalışacağıq. Azarkeşlərə bildirmək istəyirəm ki, öz işimə çox məsuliyyətli yanaşıram. Əlimdən gələni edəcəm ki, oyunumla komandaya xeyrim dəysin. Qol və məhsuldar ötürmələrlə fayda versəm, daha da yaxşı olar. Söz verə bilərəm ki, hər şeyin yaxşı olması üçün əlimdən gələni edəcəm”.

Arxiv

Ölkə futbolu2021-07-21 18:42

Qurban Qurbanov: “Rəqib sabah düşündüyümüzdən fərqli oynaya bilər”

Ölkə futbolu2021-07-21 18:00

“Keşlə” ilə evdə oynayacağımız üçün üstünlük bizdə olacaq”

Ölkə futbolu2021-07-21 17:14

Kamran Quliyev: “Olimpiakos” favoritdir, amma…”

Dünya futbolu2021-07-21 16:47

“Real”ın yeni transferi nömrə seçimini etdi

Dünya futbolu2021-07-21 16:12

La Liqa klubunun yeni transferində koronavirus aşkarlandı

Dünya futbolu2021-07-21 15:53

Tokio-2020: Braziliya millisinin üzvü tarixə düşdü

Ölkə futbolu2021-07-21 15:28

Müzəffər Qasımov dəfn edildi – FOTOLAR

Dünya futbolu2021-07-21 15:06

Bundesliqa klubu “Liverpul”un futbolçusu ilə gücləndi

Dünya futbolu2021-07-21 14:33

PSJ-nin yeni transferi koronavirusdan sağaldı

Dünya futbolu2021-07-21 14:25

ÇL: “Qalatasaray” PSV-yə, “Legiya” “Flora”ya qarşı – YENİLƏNİR

Dünya futbolu2021-07-21 14:00

Premyer Liqa klubu milli üzvü ilə gücləndi

Ölkə futbolu2021-07-21 13:37

“Olimpiakos” “Neftçi” ilə oyuna 3 itki ilə çıxacaq

Dünya futbolu2021-07-21 13:04

Əfsanələrin “el klasiko”sunda “Real” sevindi – VİDEO

Dünya futbolu2021-07-21 12:44

“Qarabağ”ın sabiq qapıçısı “Everton”da

Ölkə futbolu2021-07-21 11:53

Ramin Quliyev: “Oyun baxımından xeyli artıracağımız komponentlər var”

Dünya futbolu2021-07-21 11:03

Mixneviç: “Mahir vacib qollar vurur”

Ölkə futbolu2021-07-21 10:48

Azərbaycanlı veteran futbolçu vəfat etdi

Dünya futbolu2021-07-21 10:20

“Mançester Siti”dən 35 yaşlı qapıçı ilə yeni müqavilə

Dünya futbolu2021-07-21 10:00

“Liverpul” futbolçusunu “Portu”ya satdı

Ölkə futbolu2021-07-21 09:44

“Sumqayıt” Serbiya klubuna qarşı – YENİLƏNİR

Ölkə futbolu2021-07-18 13:55

“Legiya”lı futbolçulardan ağlayan Mahirə təskinlik – VİDEO

Ölkə futbolu2021-07-17 22:51

“Sabah”ın qapıçıları yeni mövsümə xüsusi hazırlaşır – VİDEO

Ölkə futbolu2021-07-16 23:55

“Neftçi” növbəti transferini açıqladı – VİDEO

Ölkə futbolu2021-07-16 21:24

“Sabah”ın Gürcüstan toplanışı davam edir – VİDEO

Ölkə futbolu2021-07-16 10:52

“Qarabağ”dan “Auqsburq”la heç-heçə – VİDEO

Ölkə futbolu2021-07-15 20:52

Fransalı futbolçu “Neftçi”də – VİDEO

Dünya futbolu2021-07-15 10:21

“Neftçi”nin rəqibi darmadağına sevindi – VİDEO

Ölkə futbolu2021-07-15 09:27

“Neftçi” gürcülərə Bakıda da qalib gəldi – VİDEO

Ölkə futbolu2021-07-13 17:50

“Neftçi” – “Dinamo” matçına nə qədər bilet satılıb?

Ölkə futbolu2021-07-12 09:00

“Qarabağ” Rusiya klubuna belə uduzdu – VİDEO

Ölkə futbolu2021-07-12 01:05

Qurban Qurbanov: “Azarkeşlərimiz üçün darıxmışıq”

Dünya futbolu2021-07-11 10:22

Argentina millisi 28 il sonra çempion oldu!

Ölkə futbolu2021-07-10 14:54

“Neftçi”nin Tiflis zəfəri “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-07-10 10:48

“Borussiya”nın yetirməsi “Sabah”da

Dünya futbolu2021-07-08 15:30

Nuriyev debüt oyununda qol vurdu – VİDEO

Ölkə futbolu2021-07-08 13:35

“Qarabağ”ın bolqarlar üzərində qələbəsi – VİDEO

Ölkə futbolu2021-07-08 11:07

Qurban Qurbanov: “Bir az çətinliklərimiz var”

Ölkə futbolu2021-07-08 00:29

“Neftçi”nin “Dinamo” üzərində qələbəsi – VİDEO

Ölkə futbolu2021-07-07 23:05

“Neftçi”nin qələbəsi “Dinamo Arena”da qalmaqal yaratdı – VİDEO

Ölkə futbolu2021-07-03 23:55

Rəşad Sadıqov “Fəlidən doğru xəbər”də – VİDEO

Gündəm