Connect with us

Ölkə futbolu

Psixoloji sədd keçildi: qrupa düşmək üçün real şans var

-də paylaşıldı

Zəif rəqib üzərində inamsız oyunla qazanılan iki qələbə. Sevinməyə səbəb var, böyük ümidlər qurmağa yox.

Tarixə nəzər salsaq, Tiflis “Dinamo”sunun “Neftçi”dən daha yaxşı, daha titullu, daha sanballı komanda olduğunu etiraf etməliyik. Gürcülərlə statistikamız da rəqibin xeyrinədi. Amma müstəqillik dönəmində bu ölkənin təmsilçiləri qapazaltımız olub. Bakılılar ənənəni pozmadı və şəxsi oyunların balansındakı geriliyimizi aradan qaldırmaq üçün daha bir addım atdı.

“Dinamo” büdcəsinə, oyunçularının səviyyəsinə görə “Neftçi”dən zəifdi. Bu cütün qalibi olmaq çempionumuzun boynunun borcu idi və öhdəsindən gəldi. Hər iki oyunda qələbədən sonra tənqidi unutmaq istəyirsən. Lakin eyforiyaya qapılmaq özünü aldatmaq olar, belə oyunla çox uzağa getmək çətindi. Mütləq korrektələr, zərgər dəqiqliyi ilə işləmələr edilməlidi.

“Neftçi” ilk rəqibini adlamaqla büdcəsini xeyli zənginləşdirdi. Çempionlar Liqasında yola davam etmək çətin olacaq, amma burada uduzub Avropa Liqasının, orada yenilib Konfrans Liqasının pley-offuna düşmək imkanı var. Deməli, minimum 3 rəqiblə oyun baş tutacaq. Potensial rəqiblərdən minimum birini sıradan çıxarmaq isə azı Konfrans Liqasında qrupa düşmək deməkdi. Daha yaxşı nəticə daha yaxşı turnirdə qrup imkanı verir. Kəsəsi, “Neftçi”nin çəkəcəyi üç biletdən ən azı birinin udması böyük mükafat deməkdi.

Yaxşı olan “Neftçi”nin oyundan oyuna artırmasıdı. Tiflisdəki matçla müqayisədə dünən çempionumuz daha möhkəm göründü. Təbii ki, komanda yenə böyük ümidlər vermədi, bununla belə, nisbi irəliləyiş danılmazdı. Rəqib hər nə qədər güc sahibi olmasa da, Bakı klubu özü Gürcüstandakı qarşılaşmayla müqayisədə daha hazırlıqlı göründü.

Samir Abasov ilk dəqiqələrdən hücum futboluna üstünlük versəydi, bəlkə nəticə daha yaxşı olardı. Amma o, səfərdə qazanılan qələbənin üstünlüyündən yararlanmağa, ehtiyatlı oyuna ehtiyac gördü. Qol buraxılandan sonra isə komanda əsl “Neftçi” kimi oynamağa başladı və qələbə təmin edildi. Düzdü, ilk oyunda olduğu kimi, yenə rəqib qapıçının səhvi həlledici rol oynadı, lakin o səhvi də bakılıların təzyiqi gətirdi.

Baş məşqçi Tiflisdəki oyunla müqayisədə start heyətdə bir dəyişilik etmişdi. Harramizin müdafiə planında axsamasını görən Abasov bu dəfə Ömər Buludovu sağ cinahda oynatdı. Gənc oyunçu ilk oyunun fəallarından Levan Xarabadzenin təhlükəli keçidlərini minimuma endirdi, Mərt Çeliki də kifayət qədər sığortaladı. Bununla belə, rəqib zəif bəndi yenə müdafiənin mərkəzində tapdı, iki dəfə dirəklərdən dönən topu uzaqlaşdıra bilməyən Mamadu Mbodjun səhvi qolla nəticələndi.

Samir bəyin bəxti şok effektli qola komandanın vaxtında reaksiya verməsiylə gətirdi. Rəqib qapıçının səhvi bir yana, ritmi pozmayan “Neftçi” qələbə qolunu da vurdu və problem həllini tapdı. “Olimpiakos” belə səhvləri bağışlamayacaq, lakin ardıcıl 10 oyundu qol vuran “Neftçi”nin də “artıracağına” ümid edirik. Abasov avrokuboklarda debütündə ardıcıl iki qələbə qazanan ilk məşqçidi, seriyasının davam edəcəyinə ümid bəsləyirik.

Bu qələbə komanda daxilindəki problemləri də unutdurdu. Baş məşqçinin oyunöncəsi açıqlamaları birmənalı qarşılanmamışdı. Psixoloji sədd keçildi, indi rəhbərliklə əl-ələ verib gecikən transferləri reallaşdırmaq lazımdı. Artıq iki yeni oyunçu Bakıdadı, digər çatışmazlıqları həll etmək üçün də zaman var. Hədəf ÇL-də imkan daxilində irəliləmək, ən azı Konfrans Liqasının qrupuna düşmək olmalıdı. Gürcülərlə oyunlarda üzə çıxan boşluqları sırasıyla doldurmaq və uğura inanmaq gərəkdi.

Bu mərhələdən sonra zəif rəqib olmayacaq. Abasovun sevimli əks-hücum taktikasından faydalanmaq üçün azı 6 şansı var. Rəqiblərdən birini nokauta salmaq minimum məqsədə çatmaq imkanı verəcək.

CAVAD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-09-25 00:24

“Bayern”dən inamlı qələbə

Dünya futbolu2021-09-24 23:21

“Beşiktaş” “Altay” səfərindən xalsız döndü

Premyer-liqa2021-09-24 21:53

“Sumqayıt”la “Qəbələ”nin 37-ci dueli

Dünya futbolu2021-09-24 21:36

Nəbiyevli “Viktoriya” evdə 1 xalla kifayətləndi

Ölkə futbolu2021-09-24 20:49

“Qəbələ”nin iki futbolçusu əməliyyat olunacaq

Dünya futbolu2021-09-24 19:50

Laporta da Kumanı dəstəklədi

Ölkə futbolu2021-09-24 18:11

Azərbaycanlı iş adamının “Vest Hem”i almaq istəyi baş tutmadı

Müsahibə2021-09-24 17:43

Fərid Nəbiyev: “Viktoriya”dan ayrılmağı düşünürəm”

Dünya futbolu2021-09-24 17:28

Nuriyevli “Kolos”un kubokdakı rəqibi məlum oldu

Dünya futbolu2021-09-24 16:54

“Qarabağ”ın rəqibinin 2 futbolçusunda koronavirus aşkarlandı

Digər2021-09-24 16:38

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Milli komanda2021-09-24 15:59

Azərbaycan millisinin AÇ üçün heyəti açıqlandı

Dünya futbolu2021-09-24 15:15

Messinin məşqlərə başlayacağı vaxt bəlli oldu

Ölkə futbolu2021-09-24 14:52

Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat aldı

Dünya futbolu2021-09-24 14:21

“Barselona”dan Kumana dəstək

Ölkə futbolu2021-09-24 13:52

Azərbaycanlı futbolçu Polşa klubu ilə müqavilə imzaladı

Dünya futbolu2021-09-24 13:33

Mbappe ən yaxşı seçildi, İbrahimoviçin rekorduna şərik oldu

Ölkə futbolu2021-09-24 13:14

“Səbail” onu “İnstaqram” vasitəsilə transfer edib

Dünya futbolu2021-09-24 12:58

Braziliya klubundan ayrılan futbolçu “Sabah” üçün Bakıya gəldi

Dünya futbolu2021-09-24 12:37

Kinqsli Koman məşqlərə başladı

Premyer-liqa2021-09-24 12:15

“Keşlə” – “Qarabağ” matçının hakimləri açıqlandı

Dünya futbolu2021-09-24 11:46

İtaliya klubu ABŞ şirkətinə satıldı

Dünya futbolu2021-09-24 11:00

Bu ölkədə səni boş yerə meydandan qovurlar” – Kuman

Dünya futbolu2021-09-24 10:37

“Barselona” antirekorda imza atdı

Dünya futbolu2021-09-24 10:01

Rüstəm oynamadı, “Minay” kubokda mübarizəni dayandırdı

Dünya futbolu2021-09-24 09:43

Əliyev penaltini qola çevirdi, “Ufa” kubok matçında qələbə qazandı

Dünya futbolu2021-09-24 09:25

UEFA avrokuboklardan kənarda qalan klubları da sevindirəcək

Dünya futbolu2021-09-24 09:00

Messi “Mançester Siti” ilə oyunu buraxa bilər

Dünya futbolu2021-09-24 01:57

“Barselona” səfərdə xal itirdi

Dünya futbolu2021-09-24 00:44

“Napoli”dən darmadağın, “Roma”dan çətin qələbə

Dünya futbolu2021-09-23 23:53

“Fənərbaxça” qalib gəldi, “Trabzonspor” xal itirdi

Premyer-liqa2021-09-23 22:53

“Neftçi” bir itki ilə hazırlaşır

Dünya futbolu2021-09-23 22:21

60 yaşında meydana çıxan vitse-prezidentlə bağlı intizam işi açıldı

Dünya futbolu2021-09-23 22:01

“Barselona” türkiyəli futbolçu transfer etdi

Dünya futbolu2021-09-23 21:15

Sulşer Ronaldonu oynatmamasının səbəbini açıqladı

Ölkə futbolu2021-09-23 19:27

“Bu, yüklənmədən irəli gəlirdi” – Sezar Meza Kolli

Ölkə futbolu2021-09-23 18:52

Xayme Romero Barselonada əməliyyat olundu

Ölkə futbolu2021-09-23 18:21

“Omoniya” – “Qarabağ” matçının biletləri satışa çıxarılır

Ölkə futbolu2021-09-23 17:52

Samir Abasov: “Təmiz və ədalətli oyunla qalib gəlmək niyyətindəyik”

Dünya futbolu2021-09-23 17:36

Ukrayna millisinin sabiq hücumçusu karyerasını bitirdi

Ölkə futbolu2021-09-23 17:15

“Sanki Türkiyəyə gəlmişəm” – “Neftçi”nin legioneri

Digər2021-09-23 16:53

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-09-23 16:38

“Real”dan son 34 ildə ən yaxşı göstərici

I Divizion2021-09-23 16:14

Divizion klublarına xəbərdarlıq edildi

Premyer-liqa2021-09-23 15:54

“Qəbələ” 4 min manat məbləğində cərimələndi

Dünya futbolu2021-09-23 14:46

Runinin komandasının 12 xalı silindi

Premyer-liqa2021-09-23 14:23

Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

Milli komanda2021-09-23 14:08

Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi

Müsahibə2021-09-23 13:51

Reynaldodan Azərbaycan haqqında məlumat alan Bezzera: “Deyilənləri anlayıram”

Dünya futbolu2021-09-23 13:34

UEFA Avropa çempionatının mükafat fondunu artırdı

Gündəm