Connect with us

Ölkə futbolu

Ruhun şad olsun, ustad!

-də paylaşıldı

Elə dövrə yaxınlaşmışıq ki, zaman yetişib, Azərbaycan futbolu öz həqiqi qaymaqlarını itirir, günü-gündən cılızlaşır. Bir vaxtlar “Spartak”, “Dinamo” K, ÇSKA, “Şaxtyor”, “Zenit” kimi komandaları qəbul edən Gəncə böyük futbolla nəfəs alırdı. İndi süni yaradılmış komandaların ikinci heyətləri ilə “mübarizə” aparmaq məcburiyyətində qalıb…

Müzəffər Qasımov Tovuzda dünyaya göz açmışdı. Gəncə-Tovuz bölgəsinə 50 faizlik şərait yaradılsın, 150 faizlik futbolçu yetişəcək, üzə çıxacaq. Müzəffər müəllim Gəncə/Azərbaycan futbolunun əvəzolunmaz simalarından idi. Nadir ustalardan idi ki, 15 ildən artıq öz karyerasını bir kluba həsr etmişdi.

O dövrlər zamanımızdakı kimi texniki-tərəqqi indiki kimi inkişaf etməmişdi. İnternetin nə olduğu bilinmirdi. Futbolçular özlərini reklam da etmirdi, onlar azarkeşlərin, xalqın həqiqi sevimliləri idi. Təəssüf ki, ağ-qara rəngli tarixi oyunların videoarxivləri belə saxlanılmayıb.

Gəncədə, dolu tribunalar önündə Müzəffər Qasımovun liderliyi ilə “Dinamo” Kirovabad “Ararat”ı məğlub yola salırdı. Hamısı da Azərbaycan futbol məktəbinin yetirmələri…

Müzəffər müəllim lider olduğu qədər də sadə, eyni zamanda özünə dəyər verən, sakit təbiətli futbol şəxsiyyətlərimizdən idi. Böyük futbol səviyyəsinin nə olduğunu ruhu ilə bilən, yaşıl meydanlarda heç bir nəhəng klublardan çəkinməyən, onlara qarşı başa-baş futbol oynamış biri kimi, günümüzün futbolunu görüb ürəyi dözmürdü…
Müzəffər müəllim özünü gözə soxan, nələrəsə görə özünü əyən də deyildi. Heç vaxt şəxsiyyətinə sığışdırmazdı. Ona görə də layiq olduğu diqqətdən, mükafatlardan, adlardan, ordenlərdən kənar qalırdı. Heç bunları ruhən istəmirdi də, istədiyi Azərbaycan futbolunu yüksəklərdə görməsi idi.

Dəfələrlə oyunlarımızda inspektorluq edib, öz böyüklüyünü, ruhunu bizlərə ötürüb. Bütün Azərbaycan futbolunun mənəvi olaraq Müzəffər Qasımov istedadına necə yüksək münasibət göstərdiyi bu gün də gözümüzün önündədir. Layiq idi!

Azərbaycan futbolunda, Gəncə/Tovuzda Müzəffər Qasımovun adı əbədiləşdirilməlidir.

Usta futbolçumuzun adına futbol məktəbləri açılmalı, Gəncə stadionu onun adını daşımağı haqq edir. Bu gün milliləşdirilən ozobiçlərin oynadıqları futbol Müzəffər Qasımovun meydanda göstərdiyi ustalığın heç kölgəsi də deyil!

Gec də olsa dəyər verək. Ən üst səviyyələrdə dəyər verilsin, verilsin ki, gələcək nəsillərin özünə inamı qayıtsın. Qayıtsın ki, yaxın gələcəkdə yenidən Tovuz/Gəncə və digər bölgələrimizdə yeni-yeni Müzəffər Qasımov səviyyəsində futbolçular yetişsin…

Ruhun şad olsun, USTAD!

ALLAH RƏHMƏT ELƏSİN.

TAHİR SÜLEYMANOV

Arxiv

Ölkə futbolu2021-07-21 21:43

Ruhun şad olsun, ustad!

Ölkə futbolu2021-07-21 21:23

“Sumqayıt” Serbiya klubuna qarşı – YENİLƏNİR

Ölkə futbolu2021-07-21 21:12

“Aşdod”un baş məşqçisi: “Qarabağ”ın yüksək səviyyəli oyunçuları var”

Ölkə futbolu2021-07-21 19:54

Sənan Qurbanov: “Favorit olmaya bilərik, amma…”

Digər2021-07-21 19:52

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-07-21 18:42

Qurban Qurbanov: “Rəqib sabah düşündüyümüzdən fərqli oynaya bilər”

Ölkə futbolu2021-07-21 18:00

“Keşlə” ilə evdə oynayacağımız üçün üstünlük bizdə olacaq”

Ölkə futbolu2021-07-21 17:14

Kamran Quliyev: “Olimpiakos” favoritdir, amma…”

Dünya futbolu2021-07-21 16:47

“Real”ın yeni transferi nömrə seçimini etdi

Dünya futbolu2021-07-21 16:12

La Liqa klubunun yeni transferində koronavirus aşkarlandı

Dünya futbolu2021-07-21 15:53

Tokio-2020: Braziliya millisinin üzvü tarixə düşdü

Ölkə futbolu2021-07-21 15:28

Müzəffər Qasımov dəfn edildi – FOTOLAR

Dünya futbolu2021-07-21 15:06

Bundesliqa klubu “Liverpul”un futbolçusu ilə gücləndi

Dünya futbolu2021-07-21 14:33

PSJ-nin yeni transferi koronavirusdan sağaldı

Dünya futbolu2021-07-21 14:25

ÇL: “Qalatasaray” PSV-yə, “Legiya” “Flora”ya qarşı – YENİLƏNİR

Dünya futbolu2021-07-21 14:00

Premyer Liqa klubu milli üzvü ilə gücləndi

Ölkə futbolu2021-07-21 13:37

“Olimpiakos” “Neftçi” ilə oyuna 3 itki ilə çıxacaq

Dünya futbolu2021-07-21 13:04

Əfsanələrin “el klasiko”sunda “Real” sevindi – VİDEO

Dünya futbolu2021-07-21 12:44

“Qarabağ”ın sabiq qapıçısı “Everton”da

Ölkə futbolu2021-07-21 11:53

Ramin Quliyev: “Oyun baxımından xeyli artıracağımız komponentlər var”

Ölkə futbolu2021-07-18 13:55

“Legiya”lı futbolçulardan ağlayan Mahirə təskinlik – VİDEO

Ölkə futbolu2021-07-17 22:51

“Sabah”ın qapıçıları yeni mövsümə xüsusi hazırlaşır – VİDEO

Ölkə futbolu2021-07-16 23:55

“Neftçi” növbəti transferini açıqladı – VİDEO

Ölkə futbolu2021-07-16 21:24

“Sabah”ın Gürcüstan toplanışı davam edir – VİDEO

Ölkə futbolu2021-07-16 10:52

“Qarabağ”dan “Auqsburq”la heç-heçə – VİDEO

Ölkə futbolu2021-07-15 20:52

Fransalı futbolçu “Neftçi”də – VİDEO

Dünya futbolu2021-07-15 10:21

“Neftçi”nin rəqibi darmadağına sevindi – VİDEO

Ölkə futbolu2021-07-15 09:27

“Neftçi” gürcülərə Bakıda da qalib gəldi – VİDEO

Ölkə futbolu2021-07-13 17:50

“Neftçi” – “Dinamo” matçına nə qədər bilet satılıb?

Ölkə futbolu2021-07-12 09:00

“Qarabağ” Rusiya klubuna belə uduzdu – VİDEO

Ölkə futbolu2021-07-12 01:05

Qurban Qurbanov: “Azarkeşlərimiz üçün darıxmışıq”

Dünya futbolu2021-07-11 10:22

Argentina millisi 28 il sonra çempion oldu!

Ölkə futbolu2021-07-10 14:54

“Neftçi”nin Tiflis zəfəri “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-07-10 10:48

“Borussiya”nın yetirməsi “Sabah”da

Dünya futbolu2021-07-08 15:30

Nuriyev debüt oyununda qol vurdu – VİDEO

Ölkə futbolu2021-07-08 13:35

“Qarabağ”ın bolqarlar üzərində qələbəsi – VİDEO

Ölkə futbolu2021-07-08 11:07

Qurban Qurbanov: “Bir az çətinliklərimiz var”

Ölkə futbolu2021-07-08 00:29

“Neftçi”nin “Dinamo” üzərində qələbəsi – VİDEO

Ölkə futbolu2021-07-07 23:05

“Neftçi”nin qələbəsi “Dinamo Arena”da qalmaqal yaratdı – VİDEO

Ölkə futbolu2021-07-03 23:55

Rəşad Sadıqov “Fəlidən doğru xəbər”də – VİDEO

Gündəm