Connect with us

Ölkə futbolu

Sənan Qurbanov: “Favorit olmaya bilərik, amma…”

-də paylaşıldı

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın “Soçi” komandasına qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Soçi”nin Moskvadakı turnirdə keçirdiyi oyunları izlədik. Komanda müdafiə və hücumda yaxşı oynayır. Meydana əsasən 3 mərkəz müdafiəçisi ilə çıxırlar. Sabah meydana öz oyunumuzu oynamaq üçün çıxacağıq. Əlbəttə, “Soçi” ciddi rəqibdir. Nəticənin necə olacağını zaman göstərəcək”.

Qurbanov “Qəbələ”də çalışarkən Rusiya “Krasnodar”ına qarşı Avropa Liqasının qrup mərhələsində keçirdikləri matçları yaxşı xatırladığını söyləyib: “Həmin vaxt Roman Qriqoruçukun məşqçilər korpusunda yer alırdım. Səfərdə 1:2 hesabı ilə uduzsaq da, yaxşı oynamışdıq, qol epizodlarımız var idi. Qalib gələ və ya heç-heçə də edə bilərdik. Evdə isə böyük hesabla uduzmuşduq. Həmin qarşılaşmaların üstündən uzun müddət keçib. Müəyyən təcrübəmiz var. Rusiya çempionatının səviyyəsi yüksəkdir. Amma bizim də öz oyun planımız var”.

Baş məşqçi həm müdafiədə, həm də hücumda ideal oynamaq istədiklərini vurğulayıb: “Bunu komanda şəklində etməliyik. Futbolda top buraxırsan, qol vurursan. Yəni, belə hallar çox olur. Hazırda Azərbaycan Premyer Liqasında fasilədir. Avrokuboklar başqa səviyyədir. Burada maksimal konsentrasiya lazımdır. Futbolçulara bu barədə məlumat vermişik”.

Onun sözlərinə görə, “Soçi”nin baş məşqçisi Vladimir Fedotov yaxşı komanda qura bilib: “Komandanın sərgilədiyi oyun baş məşqçinin işindən xəbər verir. Yaxşı kollektiv olsa da, “Soçi” də səhv edə bilər. Əlimizə düşən imkanlardan yararlanmağa çalışacağıq”.

“Keşlə”nin hər il avrokuboklarda iştirak etdiyini xatırladan Qurbanov bunun yaxşı təcrübə olduğunu deyib: “Amma heyətimizdə bəzi futbolçular var ki, sabah ilk dəfə avrokubok matçına çıxacaqlar. Oyuna yaxşı hazırlaşmışıq. Futbolçular məsuliyyəti dərk edirlər. Təbii ki, sabah meydana hansı oyun üslubu ilə çıxacağımızı deməyəcəyəm. Futbolda hər şey ola bilər. Oyunçularımıza inanıram. Daha da inkişaf etməliyik. Komandada yaxşı futbolçular var. Favorit olmaya bilərik. Amma insanları təəccübləndirmək üçün əlimizdən gələni edəcəyik”.

Arxiv

Ölkə futbolu2021-07-21 19:54

Sənan Qurbanov: “Favorit olmaya bilərik, amma…”

Digər2021-07-21 19:52

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Ölkə futbolu2021-07-21 18:42

Qurban Qurbanov: “Rəqib sabah düşündüyümüzdən fərqli oynaya bilər”

Ölkə futbolu2021-07-21 18:00

“Keşlə” ilə evdə oynayacağımız üçün üstünlük bizdə olacaq”

Ölkə futbolu2021-07-21 17:14

Kamran Quliyev: “Olimpiakos” favoritdir, amma…”

Dünya futbolu2021-07-21 16:47

“Real”ın yeni transferi nömrə seçimini etdi

Dünya futbolu2021-07-21 16:12

La Liqa klubunun yeni transferində koronavirus aşkarlandı

Dünya futbolu2021-07-21 15:53

Tokio-2020: Braziliya millisinin üzvü tarixə düşdü

Ölkə futbolu2021-07-21 15:28

Müzəffər Qasımov dəfn edildi – FOTOLAR

Dünya futbolu2021-07-21 15:06

Bundesliqa klubu “Liverpul”un futbolçusu ilə gücləndi

Dünya futbolu2021-07-21 14:33

PSJ-nin yeni transferi koronavirusdan sağaldı

Dünya futbolu2021-07-21 14:25

ÇL: “Qalatasaray” PSV-yə, “Legiya” “Flora”ya qarşı – YENİLƏNİR

Dünya futbolu2021-07-21 14:00

Premyer Liqa klubu milli üzvü ilə gücləndi

Ölkə futbolu2021-07-21 13:37

“Olimpiakos” “Neftçi” ilə oyuna 3 itki ilə çıxacaq

Dünya futbolu2021-07-21 13:04

Əfsanələrin “el klasiko”sunda “Real” sevindi – VİDEO

Dünya futbolu2021-07-21 12:44

“Qarabağ”ın sabiq qapıçısı “Everton”da

Ölkə futbolu2021-07-21 11:53

Ramin Quliyev: “Oyun baxımından xeyli artıracağımız komponentlər var”

Dünya futbolu2021-07-21 11:03

Mixneviç: “Mahir vacib qollar vurur”

Ölkə futbolu2021-07-21 10:48

Azərbaycanlı veteran futbolçu vəfat etdi

Dünya futbolu2021-07-21 10:20

“Mançester Siti”dən 35 yaşlı qapıçı ilə yeni müqavilə

Ölkə futbolu2021-07-18 13:55

“Legiya”lı futbolçulardan ağlayan Mahirə təskinlik – VİDEO

Ölkə futbolu2021-07-17 22:51

“Sabah”ın qapıçıları yeni mövsümə xüsusi hazırlaşır – VİDEO

Ölkə futbolu2021-07-16 23:55

“Neftçi” növbəti transferini açıqladı – VİDEO

Ölkə futbolu2021-07-16 21:24

“Sabah”ın Gürcüstan toplanışı davam edir – VİDEO

Ölkə futbolu2021-07-16 10:52

“Qarabağ”dan “Auqsburq”la heç-heçə – VİDEO

Ölkə futbolu2021-07-15 20:52

Fransalı futbolçu “Neftçi”də – VİDEO

Dünya futbolu2021-07-15 10:21

“Neftçi”nin rəqibi darmadağına sevindi – VİDEO

Ölkə futbolu2021-07-15 09:27

“Neftçi” gürcülərə Bakıda da qalib gəldi – VİDEO

Ölkə futbolu2021-07-13 17:50

“Neftçi” – “Dinamo” matçına nə qədər bilet satılıb?

Ölkə futbolu2021-07-12 09:00

“Qarabağ” Rusiya klubuna belə uduzdu – VİDEO

Ölkə futbolu2021-07-12 01:05

Qurban Qurbanov: “Azarkeşlərimiz üçün darıxmışıq”

Dünya futbolu2021-07-11 10:22

Argentina millisi 28 il sonra çempion oldu!

Ölkə futbolu2021-07-10 14:54

“Neftçi”nin Tiflis zəfəri “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-07-10 10:48

“Borussiya”nın yetirməsi “Sabah”da

Dünya futbolu2021-07-08 15:30

Nuriyev debüt oyununda qol vurdu – VİDEO

Ölkə futbolu2021-07-08 13:35

“Qarabağ”ın bolqarlar üzərində qələbəsi – VİDEO

Ölkə futbolu2021-07-08 11:07

Qurban Qurbanov: “Bir az çətinliklərimiz var”

Ölkə futbolu2021-07-08 00:29

“Neftçi”nin “Dinamo” üzərində qələbəsi – VİDEO

Ölkə futbolu2021-07-07 23:05

“Neftçi”nin qələbəsi “Dinamo Arena”da qalmaqal yaratdı – VİDEO

Ölkə futbolu2021-07-03 23:55

Rəşad Sadıqov “Fəlidən doğru xəbər”də – VİDEO

Gündəm