Connect with us

Müsahibə

Kapitan bombardirin yoxluğunun nəticəyə təsir etdiyini düşünür: “Səhvlərimi iclasda məşqçi deyəcək”

-də paylaşıldı

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda səfərdə “Olimpiakos”a 0:1 hesabı ilə uduzan “Neftçi”nin kapitanı Emin Mahmudovun futbolinfo.az-a müsahibəsi

  • “Olimpiakos”a qarşı “Neftçi”nin oyunu azarkeşlərdə inam yaradıb. Səncə, komanda daha yaxşı nəticəyə nail ola bilərdi?
  • Əlbəttə, biz istəyirdik ki, daha yaxşı nəticə qazanaq. Qol epizodları yaratdıq, imkanlarımız oldu, amma bundan yararlana bilmədik. Çox heyif ki, qol vura bilmədik.
  • “Dinamo” (Tiflis) ilə matçlarda komanda rəqibə çox boşluqlar verdi. Hamı düşünürdü ki, bu komanda Yunanıstan təmsilçisinə asanlıqla təslim olacaq…
  • Gürcüstan klubuna qarşı ilk mərhələnin oyunları idi və ilk matçlarda təcrübəsizlik özünü göstərir. Yəni rəsmi oyunlar komandanın daha da püxtələşməsinə kömək edir. Məhz bu səbəbdən biz daha yaxşı çıxış edə bildik. Oyundan-oyuna daha da artıracağıq.
  • “Olimpiakos” meydanda azlıqda qaldıqdan sonra “Neftçi” bundan istifadə edə bilərdi. Səncə, nə çatmadı?
  • Daha səbrli oynamalı idik. Qol vurmaq istədik, bunun daha tez olmasına çalışdıq və təəssüf ki, bacarmadıq. Artıq meydanda saylar bərabərləşdikdən sonra çətin oldu.
  • Namik Ələsgərovun zədələnməsi komandaya nə dərəcəd təsir etdi?
  • Əlbəttə, belə itki hər komandaya təsir edər. Komandanın bombardiri oyundan çıxır, zədələnir bu oyunda mütləq öz əksini tapır. Ümid edirəm ki, onun yerinə meydana çıxacaq futbolçular qollar vurar və bizə kömək edər.
  • Böyük ehtimalla Mert Çelik və Namik ikinci matçda meydanda olmayacaq. Yeni gələnlər bu boşluqları doldura biləcəklər?
  • Buna inanıram. “Neftçi”də oynayan hər bir futbolçu digərini layiqincə əvəzləməyə hazır olmalıdır. Onların yerində oynayacaq oyunçular lazımi işi görəcəklər.
  • “Neftçi” səfərdə uduzub və evdə bu məğlubiyyətin əvəzini çıxa biləcəkmi?
  • Bizim şansımız var, yəni heç nə itirilməyib. Əlimizdən gələni edəcəyik ki, Bakıda azarkeşlərin dəstəyi ilə qələbə qazanaq və növbəti tura adlayaq.
  • “Olimpiakos”un bir neçə vacib oyunçusu zədəlidir. Bu sizə kömək edəcək?
  • Onların çox geniş heyəti var. Ona görə belə şeylərə fikir vermək lazım deyil. Çıxıb öz oyunumuzu oynamalıyıq və meydanda qalib gəlmək üçün çalışmalıyıq. “Neftçi”ni Çempionlar Liqasında uğura daşımaq üçün əlimizdən gələni edəcəyik.
  • Transfer bazarında başda “Neftçi” və “Qarabağ” olmaqla klublarımız passivdir. Bu avrokuboklardakı nəticələrə təsir edə bilər?
  • Transfer məsələləri haqqında danışmaq istəmirəm. Bu barədə mən nəsə deyə bilmərəm.
  • Dünənki matçdan sonra ən çox danışılan futbolçulardan biri də sən idin. Azarkeşlər sosial şəbəkələrəd “Emin Mahmudov heç də özünə bənzəmirdi” şərhlərini daha çox yazırdılar. Bununla razılaşırsan?
  • Daha yaxşısını məşqçi deyə bilər. Necə oynadığımı da o hamıdan yaxşı analiz edib. İclasda səhvlərim haqqında da yəqin ki, danışacaq və mənə deyəcək.
  • Uzun müddət sonra tribunalara dönən azarkeşlərə sözün nədir?
  • Onları stadionda gözləyirik. Gəlsinlər və birlikdə qələbə qazanaq.

    FƏRİD
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-09-21 01:09

“Barselona” məğlubiyyətdən son anda qurtuldu

Dünya futbolu2021-09-21 00:43

“Napoli”dən darmadağın

Digər2021-09-20 23:55

Möhtəşəm 1xLotto təcrübəsindən zövq alın və cekpotu udun

Dünya futbolu2021-09-20 23:37

Vüsal penaltini qaçırdı, “Keçiörengücü” məğlubiyyətə üzüldü

Dünya futbolu2021-09-20 22:42

“Qarabağ”ın rəqibindən əzmkar qələbə

Premyer-liqa2021-09-20 22:08

“Qarabağ”dan inamlı qələbə – VİDEO

Premyer-liqa2021-09-20 21:49

Qurban Qurbanov: “Oyundan və nəticədən razı qaldım”

Premyer-liqa2021-09-20 21:19

Ayxan Abbasov: “Komandadan razı qalmadım”

Premyer-liqa2021-09-20 20:55

“Qarabağ” “Sumqayıt”ı məğlub yola saldı

Dünya futbolu2021-09-20 19:50

“Arsenal”dan Quliyevsiz qələbə

Digər2021-09-20 19:00

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-09-20 18:44

De Xea 7 illik uğursuzluğa son qoydu

Ölkə futbolu2021-09-20 17:59

“Keşlə” Baş Prokurorluğa müraciət etdi – İsmayılovun ittihamlarına görə

Dünya futbolu2021-09-20 17:37

Poçettino Messini əvəzləməsinin səbəbini açıqladı

Dünya futbolu2021-09-20 17:12

Premyer Liqa oyunları sükutla başlayacaq

Ölkə futbolu2021-09-20 16:59

AFFA-dan Aslan İsmayılovun ittihamlarına cavab

Dünya futbolu2021-09-20 16:44

53 yaşlı qadın Ronaldonu aldadıb – 288 min avrosunu alıb

Ölkə futbolu2021-09-20 16:00

Danışılmış oyunlarla bağlı növbəti seminar

Milli komanda2021-09-20 15:34

Millimizin seçmə mərhələ oyunları üçün heyəti açıqlandı

Premyer-liqa2021-09-20 15:10

Qırtımov 250-yə, Stankoviç 150-yə çatdı

I Divizion2021-09-20 14:53

Birinci Divizionda 2-ci turun təyinatları açıqlandı

Ölkə futbolu2021-09-20 14:33

“Səbail”in ən ağır məğlubiyyəti

Premyer-liqa2021-09-20 14:15

Meza Kolli Premyer Liqada 10-cu oldu

Dünya futbolu2021-09-20 14:02

“Yuventus” antirekordunu təkrarladı

Dünya futbolu2021-09-20 13:39

Namik Ələskərov üçün Tamer Tuna

Müsahibə2021-09-20 13:10

Əfran İsmayılov: “Bəzən belə uduzmağın komandaya xeyri olur”

Ölkə futbolu2021-09-20 13:03

Naxçıvanda Kütləvi Futbol Həftəsi festivalı keçirilib

Ölkə futbolu2021-09-20 12:55

Tanınmış vəkil Baş Prokurorluğu AFFA-da maliyyə pozuntuları ilə bağlı araşdırma aparmağa çağırdı

Ölkə futbolu2021-09-20 12:18

Səkkizaylıq Qurbanov – “Keşlə” erkən “azadolma”nın astanasındadı

Milli komanda2021-09-20 11:47

Azərbaycan – İrlandiya matçının biletləri satışa çıxarıldı

Dünya futbolu2021-09-20 11:25

Nazarovun komandası baş məşqçisi ilə vidalaşdı

Milli komanda2021-09-20 11:03

Millimizin Belarusla oyunlar üçün heyəti açıqlandı

Dünya futbolu2021-09-20 10:40

Messi Poçettinonun əlini sıxmadı

Dünya futbolu2021-09-20 10:22

“Qarabağ”ın rəqibinə qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2021-09-20 10:01

Fərid Nəbiyevin komandası səfərdən xalsız qayıtdı

Dünya futbolu2021-09-20 09:42

Nazarovlu “Ersgebirge” ardıcıl 4-cü məğlubiyyətə üzüldü

Dünya futbolu2021-09-20 09:21

Millimizin hücumçusu oynamadı, komandası məğlub oldu

Ölkə futbolu2021-09-20 09:00

“Avrokuboklara getmək üçün hər şeyi etməliyik”

Premyer-liqa2021-09-20 01:37

Ramon Maçado: “Bu, məni ikiqat xoşbəxt edir”

Ölkə futbolu2021-09-20 01:34

“Qələbədə pay sahibi olduğum üçün sevincliyəm”

Dünya futbolu2021-09-20 01:20

“Real” səfərdə əzmkar qələbəyə sevindi

Dünya futbolu2021-09-20 01:09

PSJ-dən çətin qələbə

Dünya futbolu2021-09-20 00:52

“Yuventus”la “Milan”dan heç-heçə

Dünya futbolu2021-09-19 23:43

“Volfsburq”u dayandıran tapıldı

Dünya futbolu2021-09-19 23:22

“Çelsi”dən darmadağın, MY-dən əzmkar qələbə

Dünya futbolu2021-09-19 22:46

“Fənərbaxça” səfərdə, “Qalatasaray” evdə uduzdu

Dünya futbolu2021-09-19 22:10

Mahir “Legiya”nın qələbəsində qolla pay sahibi oldu

Premyer-liqa2021-09-19 21:37

“Neftçi”dən “Keşlə”yə üç cavabsız qol – VİDEO

Premyer-liqa2021-09-19 21:14

“Niyə ancaq mənə belə suallar verirsiz?” – Samir Abasov

Premyer-liqa2021-09-19 20:47

Sənan Qurbanov: “İstefa verməkdən qorxmuram”

Gündəm