Connect with us

Müsahibə

Qurban Qurbanov: “Mərhələni keçmək üçün hər şeyi edəcəyik”

-də paylaşıldı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində İsrailin “Aşdod” komandasına qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, Qurbanov, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Çox istərdik ki, sizlərə qələbə hədiyyə edək, alınmadı. Futbolçular çox əziyyət çəkdilər. Yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Belə isti havada futbolçuların daha tez yorulacağını düşünürdüm. Futbolçular çox çalışdılar. Oyun intizamı yerindədir. Rəqibin təhlükəli əks hücumları var. Bunların birində də Maksim Medvedev qırmızı vərəqə aldı. Bu, son deyil. Qarşıdakı oyuna hazırlaşacağıq. Qələbə üçün hər şeyi edəcəyik.
  • Növbəti oyunda müdafiənin mərkəzində kimi oynadacaqsız?
  • Vaxtımız var. Bəzi matçlarda Qara Qarayevi o mövqedə oynatmışıq. Görək, necə olacaq. Həqiqətən, müdafiəçilərimiz bir-bir sıradan çıxır. Son zamanlarda komandada belə vəziyyətin nə vaxt olduğu ağlıma gəlmir. Hələ oyuna 6-7 gün vaxtımız var.
  • Bu heç-heçə sanki rəqibə inam verdi ki, “Qarabağ”ı məğlub etmək olar. Sizcə, risk varmı?
  • Son vaxtlarda futbol dəyişir. Favoritlər bəzən arxa plana keçir. Bizim komanda neçə illərdir qurulub. Artıq bir yerdən sonra görürsən ki, nələrisə dəyişmək lazım olur. Bizdə də dəyişikliklər gedir. Hər mövqe üçün futbolçu axtarırıq. Dəyişikliklər zamanı belə nəticələr gözləniləndir. Biz oyunumuzu daha yaxşılaşdırmalıyıq. Rəqibə demək olar qol epizodu vermədik. “Qarabağ”a qarşı səfərdə belə nəticə istənilən rəqibə inam verə bilər.
  • Heyət kasadlığı aşkar hiss edilir. Yeni futbolçu transfer etməkdə çətinlik çəkirsiz. Məsələ maliyyə ilə bağlıdırmı?
  • Biz Azərbaycan reallığında olmayan təkliflər etmişik. Böyük klubların transfer büdcələri olur. 80-90 faiz istədiyimiz futbolçular Azərbaycana gəlmək istəmir. Bilmirəm, bu, nə ilə bağlıdır. İnanın ki, demək olar ki, çox detallarda razılaşırıq, ancaq sonda Azərbaycana gəlmək istəmirlər. Yəqin ki, “Neftçi”də də belə hallar olur. Bundan 7-8 il əvvəl legioner gətirmək daha rahat idi. Keçmişdə gələn legionerə baxsaz, bunu başa düşərsiz. Türkiyə klublarına baxırsız, bəlkə də, orda 18 legioner var. Limit məsələsinə görə futbolçular Azərbaycandansa, orda getməyi üstün tuturlar. Biz öz oyunumuzu yaxşılaşdırmalıyıq. Ehtiyatımız zəifdir. Mən bu gün Ozobiçi qorxa-qorxa meydanda saxladım. Zubir son 4-5 gündür komanda ilə məşq edirdi. Belə problemlərimiz var. Digər tərəfdən də müdafiəçilərimiz sıradan çıxır. Bizim bir sistemimiz var, onu daha da yaxşılaşdırmağa çalışırıq. Ulduz futbolçuların belə vaxtları olur və sabit çıxış edir. Bizim də belə bir vaxtımız var idi. Ardıcıl neçə il yaxşı səviyyədə çıxış edirdik. Düşünürəm ki, vəziyyət düzələcək və yenidən legionerlər Azərbaycana daha rahat gələcək.
  • Meydançadan razı qaldızmı? Rəqibin baş məşqçisi İsraildə daha yaxşı meydançaların olduğunu dedi…
  • Meydança problemi var idi. Yaşıl görünsə də, elə deyildi. Bəzən futbolçular topu yaxşı ötürə bilmirdilər. Təki İsraildə meydança daha yaxşı olsun.
  • Uzun müddət Çempionlar Liqasında çıxış etmisiz. Konfrans Liqasında iştirak etmək futbolçulara psixoloji təsir edirmi?
  • Mütləq təsiri var. Amma biz Çempionlar Liqasına vəsiqə qazanmaq üçün də neçə il mübarizə apardıq. Klub olaraq get-gedə böyüyürük. İstəyirik ki, burada da yaxşı nəticələr əldə edək. Yenidən bütün komanda olaraq çalışacağıq ki, Çempionlar Liqasına vəsiqə qazanaq.
  • Yerini doldura bilmədiyiniz hansı futbolçunun adını qeyd edə bilərsiz?
  • Hamısının (gülür). Ümid edirəm ki, yaxın zamanlarda yenidən yaxşı kollektiv formalaşdıra bilərik. Ötən il Avroliqanın qrup matçlarında komandamdan razı qalmışdım. Bütün oyunları neytral meydanda oynasaq da, çox yaxşı oyun göstərirdik. İdmanda, həyatda ayrılıqlar olur. İnsan ilboyu sağlam ola bilməz. Futbol da belədir. Bəzən düşünmədiyin anda zədələr artır.
  • Cavab matçında qələbə üçün oynamaq lazımdır. Riskə gedəcəksiz?
  • Belə getsə, deyəsən, 2 müdafiəçi ilə oynayacağıq (gülür). Biz hər zaman ehtiyatımızı qorumalıyıq. Rəqib çox yaxşı əks hücumlar edir. Mən heç vaxt müdafiədən oynamaq düşüncəsi yaratmamışam. Çalışırıq ki, topa sahib olmaqla hücuma çıxaq. Elə ola bilər ki, hücumda müdafiəçi yaxından iştirak etsin. Bu gün Abbas müdafiədə olsa da, hücumda qol vurmağa çox yaxın oldu. Bizim oyun üslubumuz var. Lazım olanda meydandakı hər kəs hücumçudur. Biz həmişə ehtiyatımızı saxlamalıyıq. Qələbə istəyiriksə, rəqibin həmlələrinin qarşısını almalıyıq. Rəqib bu gün istəkli görünürdü. İsrail çempionatının da səviyyəsi artır. Qarşıda 5-6 gün var. Ramil, Zubir, Filip daha yaxşı formada olacaq. Belə olsa, bizim hücumlarımız daha effektli olacaq. Bununla yanaşı, müdafiəni də unutmamalıyıq. Rəqibi tam təhlil etdikdən sonra qərar verəcəyik.
  • Ramil Şeydayevin çıxışı sizi qane etdimi?
  • Bu gün Ramildən tam razı qala bilmərəm. O, tam hazır deyildi. Toplanışa gec qoşuldu. Hələ öz potensialını ortaya qoya bilməz. Ramilin ən böyük üstünlüyü işgüzarlığıdır. Buna görə fiziki durumu daha yaxşı olmalıdır. Ramilin daha yaxşı olması üçün hər şeyi edəcəm.
  • Mussa Əl Tamari “Qarabağ”a gələcəkmi?
  • Yox, gəlməyəcək.
  • Bu mövsüm üçün məşqlərdə penalti zərbələrinə xüsusi yer ayıracaqsızmı?
  • Məşqlərdə hər zaman futbolçuları penaltilərə hazırlaşdırıram. Bunu düşünərək etmirəm. İlboyu baxırıq ki, kimin penalti qabiliyyəti necədir. Əfsuslar olsun ki, bizdə yaxşı penalti vuranlar çox deyil.
Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-09-21 00:43

“Napoli”dən darmadağın

Digər2021-09-20 23:55

Möhtəşəm 1xLotto təcrübəsindən zövq alın və cekpotu udun

Dünya futbolu2021-09-20 23:37

Vüsal penaltini qaçırdı, “Keçiörengücü” məğlubiyyətə üzüldü

Dünya futbolu2021-09-20 22:42

“Qarabağ”ın rəqibindən əzmkar qələbə

Premyer-liqa2021-09-20 22:08

“Qarabağ”dan inamlı qələbə – VİDEO

Premyer-liqa2021-09-20 21:49

Qurban Qurbanov: “Oyundan və nəticədən razı qaldım”

Premyer-liqa2021-09-20 21:19

Ayxan Abbasov: “Komandadan razı qalmadım”

Premyer-liqa2021-09-20 20:55

“Qarabağ” “Sumqayıt”ı məğlub yola saldı

Dünya futbolu2021-09-20 19:50

“Arsenal”dan Quliyevsiz qələbə

Digər2021-09-20 19:00

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-09-20 18:44

De Xea 7 illik uğursuzluğa son qoydu

Ölkə futbolu2021-09-20 17:59

“Keşlə” Baş Prokurorluğa müraciət etdi – İsmayılovun ittihamlarına görə

Dünya futbolu2021-09-20 17:37

Poçettino Messini əvəzləməsinin səbəbini açıqladı

Dünya futbolu2021-09-20 17:12

Premyer Liqa oyunları sükutla başlayacaq

Ölkə futbolu2021-09-20 16:59

AFFA-dan Aslan İsmayılovun ittihamlarına cavab

Dünya futbolu2021-09-20 16:44

53 yaşlı qadın Ronaldonu aldadıb – 288 min avrosunu alıb

Ölkə futbolu2021-09-20 16:00

Danışılmış oyunlarla bağlı növbəti seminar

Milli komanda2021-09-20 15:34

Millimizin seçmə mərhələ oyunları üçün heyəti açıqlandı

Premyer-liqa2021-09-20 15:10

Qırtımov 250-yə, Stankoviç 150-yə çatdı

I Divizion2021-09-20 14:53

Birinci Divizionda 2-ci turun təyinatları açıqlandı

Ölkə futbolu2021-09-20 14:33

“Səbail”in ən ağır məğlubiyyəti

Premyer-liqa2021-09-20 14:15

Meza Kolli Premyer Liqada 10-cu oldu

Dünya futbolu2021-09-20 14:02

“Yuventus” antirekordunu təkrarladı

Dünya futbolu2021-09-20 13:39

Namik Ələskərov üçün Tamer Tuna

Müsahibə2021-09-20 13:10

Əfran İsmayılov: “Bəzən belə uduzmağın komandaya xeyri olur”

Ölkə futbolu2021-09-20 13:03

Naxçıvanda Kütləvi Futbol Həftəsi festivalı keçirilib

Ölkə futbolu2021-09-20 12:55

Tanınmış vəkil Baş Prokurorluğu AFFA-da maliyyə pozuntuları ilə bağlı araşdırma aparmağa çağırdı

Ölkə futbolu2021-09-20 12:18

Səkkizaylıq Qurbanov – “Keşlə” erkən “azadolma”nın astanasındadı

Milli komanda2021-09-20 11:47

Azərbaycan – İrlandiya matçının biletləri satışa çıxarıldı

Dünya futbolu2021-09-20 11:25

Nazarovun komandası baş məşqçisi ilə vidalaşdı

Milli komanda2021-09-20 11:03

Millimizin Belarusla oyunlar üçün heyəti açıqlandı

Dünya futbolu2021-09-20 10:40

Messi Poçettinonun əlini sıxmadı

Dünya futbolu2021-09-20 10:22

“Qarabağ”ın rəqibinə qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2021-09-20 10:01

Fərid Nəbiyevin komandası səfərdən xalsız qayıtdı

Dünya futbolu2021-09-20 09:42

Nazarovlu “Ersgebirge” ardıcıl 4-cü məğlubiyyətə üzüldü

Dünya futbolu2021-09-20 09:21

Millimizin hücumçusu oynamadı, komandası məğlub oldu

Ölkə futbolu2021-09-20 09:00

“Avrokuboklara getmək üçün hər şeyi etməliyik”

Premyer-liqa2021-09-20 01:37

Ramon Maçado: “Bu, məni ikiqat xoşbəxt edir”

Ölkə futbolu2021-09-20 01:34

“Qələbədə pay sahibi olduğum üçün sevincliyəm”

Dünya futbolu2021-09-20 01:20

“Real” səfərdə əzmkar qələbəyə sevindi

Dünya futbolu2021-09-20 01:09

PSJ-dən çətin qələbə

Dünya futbolu2021-09-20 00:52

“Yuventus”la “Milan”dan heç-heçə

Dünya futbolu2021-09-19 23:43

“Volfsburq”u dayandıran tapıldı

Dünya futbolu2021-09-19 23:22

“Çelsi”dən darmadağın, MY-dən əzmkar qələbə

Dünya futbolu2021-09-19 22:46

“Fənərbaxça” səfərdə, “Qalatasaray” evdə uduzdu

Dünya futbolu2021-09-19 22:10

Mahir “Legiya”nın qələbəsində qolla pay sahibi oldu

Premyer-liqa2021-09-19 21:37

“Neftçi”dən “Keşlə”yə üç cavabsız qol – VİDEO

Premyer-liqa2021-09-19 21:14

“Niyə ancaq mənə belə suallar verirsiz?” – Samir Abasov

Premyer-liqa2021-09-19 20:47

Sənan Qurbanov: “İstefa verməkdən qorxmuram”

Premyer-liqa2021-09-19 20:23

“Keşlə” “Neftçi”yə də uduzdu

Gündəm