Connect with us

Ölkə futbolu

Hədik aşı – replika

-də paylaşıldı

Futbol üzrə Azərbaycan çempionatı – Premyer Liqanın XXX mövsümü avqustun 14-də başlayacaq. Dünən püşkatma mərasimi keçirilib. Mərasimdə çempionatın təşkilinə məsul qurum olan Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev mətbuat konfransı keçirib.

Əvvələ nisbətən mediada nadir hallarda görünən Musayev suallara, əsasən, candərdi cavab verib.

  • Gələcəkdə komanda sayı artırılacaq?
  • Bu haqda tez-tez məndən soruşurlar. Əgər sponsor vasa, çağırın, gəlsin. Uzun müddətdi ki, bizim də sponsorumuz yoxdu. Püşkə az qalıb, gələn varsa, buyursun.

Neçə ildir ki, Musayevə analoji sual verilir, o da oxşar cavabı. Bəli, özünün də qeyd etdiyi kimi, heç rəhbərlik etdiyi PFL-in sponsoru yoxdu, klublarçün necə tapsın? Ümumiyyətlə, bu sual PFL və ya AFFA-ya niyə verilir? Bunların sponsor axtarmaq səlahiyyəti və ya öhdəliyi yoxdur ki…

“Sponsor niyə yoxdur?” – sual belə qoyula bilər və bu cür qoyulsa belə, yenə adıçəkilən qurumlar cavab verəcək obyekt deyillər. Verilsə dә, o cavabda səmimiyyət olmaz. Çünki çempionata klub sayının minimum həddə azalması uzun illərin prosesi idi və bu, ümumi sistemdən, bununla da bilavasitə adıçəkilən qurumlardan asılıdır. Təqsirkar təqsirini hansı halda etiraf edər – raskolnikovçuluqdur ki?

Azərbaycanda futbolun mövcudiyyət strukturu yanlış qurulub. Heç bir klub özünü təmin edə bilmir. Bunun səbəblərini axtarmaqçün sadə misallara baş vuraq – mətbuat da özünü təmin edə bilmir, səhiyyə də, özəl sektora aid olan çox sayda struktur həmçinin. Dotasiya, yəni büdcəmizdən bu sahələrin saxlanması üçün hazır maliyyələr ayrılır. Belədə guya çempionatda klub sayının çox olması yaxşı hal olar? Sistematik dəyişiklik olmalıdır. Ya da dotasiya ciddi proqram əsasında ayrılmalı, peşəkar və şəffaf nəzarət olmalıdır.

  • Turun oyunları daha çox həftənin sonlarında keçirilir və belədə, karantinə görə ictimai nəqliyyat işləmir. Jurnalistlər oyuna necə gedib-gələcək?
  • Mənə elə gəlir ki, klub rəhbərlikləri sizin əziyyətinizə qiymət verir. Əgər nəsə olmasa, biz kömək edəcəyik.

Yaxşı görünməyən məqam. Çox yerdə konfransın sərlövhəsinə məhz bu məqam çıxarılmışdı. Mətbuat bir institut kimi məhv olub, ancaq tör-töküntüləri də zorlanır hətta…

  • Bütün klublara məsləhətiniz nədi?
  • Təkrar edirəm ki, onlar avrokuboklara əvvəlcədən hazırlaşmalıdı. Bir həftə qalmış oyunçu axtarmamalıdılar. Hətta buna görə də bizi günahlandırırlar. Bizim vəzifəmiz ədalətli çempionat keçirməkdi, bundan isə heç kimin şübhəsi olmasın. PFL yarandığı gündən heç bir komandaya qarşı haqsızlıq etməyib. Ümid edirəm ki, “Neftçi” və “Qarabağ” avrokuboklarda qruplara qalacaq.

Burda haqlıdır. Neçə ildir ki, avrokuboklara vəsiqə qazanan klublarımızın iddialısı-iddiasızı eyni söhbətləri işlədir: transfer problemi. Bu, ona görə problem olur ki, klubun konkret olaraq avrokubok planı çempionat planına qurban verilir. Avrokubokda hara qədər gedə bilsəm prinsipiylə hərəkət edilir. Yoxsa bir klub 6 ay əvvəldən bu mövzuya hazırlaşmaq imkanı varsa, niyə oyunlar başlayanadək, hətta sonrasında transfer problemindən əzilib-büzülərək danışsınlar. Deməli, strateji hazırlıq avrokuboklara hesablanmır.

Beləliklə, biz Musayevin konfransında hər formatda söhbət görürük. Hədik aşı kimi – tərkibində az qala, hər ərzaqdan olan bir aş kimi. Hələ ki və ya hələ də olan budu, nuş…

Elçin Cəlilov, FutbolPress

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-09-21 01:09

“Barselona” məğlubiyyətdən son anda qurtuldu

Dünya futbolu2021-09-21 00:43

“Napoli”dən darmadağın

Digər2021-09-20 23:55

Möhtəşəm 1xLotto təcrübəsindən zövq alın və cekpotu udun

Dünya futbolu2021-09-20 23:37

Vüsal penaltini qaçırdı, “Keçiörengücü” məğlubiyyətə üzüldü

Dünya futbolu2021-09-20 22:42

“Qarabağ”ın rəqibindən əzmkar qələbə

Premyer-liqa2021-09-20 22:08

“Qarabağ”dan inamlı qələbə – VİDEO

Premyer-liqa2021-09-20 21:49

Qurban Qurbanov: “Oyundan və nəticədən razı qaldım”

Premyer-liqa2021-09-20 21:19

Ayxan Abbasov: “Komandadan razı qalmadım”

Premyer-liqa2021-09-20 20:55

“Qarabağ” “Sumqayıt”ı məğlub yola saldı

Dünya futbolu2021-09-20 19:50

“Arsenal”dan Quliyevsiz qələbə

Digər2021-09-20 19:00

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-09-20 18:44

De Xea 7 illik uğursuzluğa son qoydu

Ölkə futbolu2021-09-20 17:59

“Keşlə” Baş Prokurorluğa müraciət etdi – İsmayılovun ittihamlarına görə

Dünya futbolu2021-09-20 17:37

Poçettino Messini əvəzləməsinin səbəbini açıqladı

Dünya futbolu2021-09-20 17:12

Premyer Liqa oyunları sükutla başlayacaq

Ölkə futbolu2021-09-20 16:59

AFFA-dan Aslan İsmayılovun ittihamlarına cavab

Dünya futbolu2021-09-20 16:44

53 yaşlı qadın Ronaldonu aldadıb – 288 min avrosunu alıb

Ölkə futbolu2021-09-20 16:00

Danışılmış oyunlarla bağlı növbəti seminar

Milli komanda2021-09-20 15:34

Millimizin seçmə mərhələ oyunları üçün heyəti açıqlandı

Premyer-liqa2021-09-20 15:10

Qırtımov 250-yə, Stankoviç 150-yə çatdı

I Divizion2021-09-20 14:53

Birinci Divizionda 2-ci turun təyinatları açıqlandı

Ölkə futbolu2021-09-20 14:33

“Səbail”in ən ağır məğlubiyyəti

Premyer-liqa2021-09-20 14:15

Meza Kolli Premyer Liqada 10-cu oldu

Dünya futbolu2021-09-20 14:02

“Yuventus” antirekordunu təkrarladı

Dünya futbolu2021-09-20 13:39

Namik Ələskərov üçün Tamer Tuna

Müsahibə2021-09-20 13:10

Əfran İsmayılov: “Bəzən belə uduzmağın komandaya xeyri olur”

Ölkə futbolu2021-09-20 13:03

Naxçıvanda Kütləvi Futbol Həftəsi festivalı keçirilib

Ölkə futbolu2021-09-20 12:55

Tanınmış vəkil Baş Prokurorluğu AFFA-da maliyyə pozuntuları ilə bağlı araşdırma aparmağa çağırdı

Ölkə futbolu2021-09-20 12:18

Səkkizaylıq Qurbanov – “Keşlə” erkən “azadolma”nın astanasındadı

Milli komanda2021-09-20 11:47

Azərbaycan – İrlandiya matçının biletləri satışa çıxarıldı

Dünya futbolu2021-09-20 11:25

Nazarovun komandası baş məşqçisi ilə vidalaşdı

Milli komanda2021-09-20 11:03

Millimizin Belarusla oyunlar üçün heyəti açıqlandı

Dünya futbolu2021-09-20 10:40

Messi Poçettinonun əlini sıxmadı

Dünya futbolu2021-09-20 10:22

“Qarabağ”ın rəqibinə qələbə üçün bir qol bəs etdi

Dünya futbolu2021-09-20 10:01

Fərid Nəbiyevin komandası səfərdən xalsız qayıtdı

Dünya futbolu2021-09-20 09:42

Nazarovlu “Ersgebirge” ardıcıl 4-cü məğlubiyyətə üzüldü

Dünya futbolu2021-09-20 09:21

Millimizin hücumçusu oynamadı, komandası məğlub oldu

Ölkə futbolu2021-09-20 09:00

“Avrokuboklara getmək üçün hər şeyi etməliyik”

Premyer-liqa2021-09-20 01:37

Ramon Maçado: “Bu, məni ikiqat xoşbəxt edir”

Ölkə futbolu2021-09-20 01:34

“Qələbədə pay sahibi olduğum üçün sevincliyəm”

Dünya futbolu2021-09-20 01:20

“Real” səfərdə əzmkar qələbəyə sevindi

Dünya futbolu2021-09-20 01:09

PSJ-dən çətin qələbə

Dünya futbolu2021-09-20 00:52

“Yuventus”la “Milan”dan heç-heçə

Dünya futbolu2021-09-19 23:43

“Volfsburq”u dayandıran tapıldı

Dünya futbolu2021-09-19 23:22

“Çelsi”dən darmadağın, MY-dən əzmkar qələbə

Dünya futbolu2021-09-19 22:46

“Fənərbaxça” səfərdə, “Qalatasaray” evdə uduzdu

Dünya futbolu2021-09-19 22:10

Mahir “Legiya”nın qələbəsində qolla pay sahibi oldu

Premyer-liqa2021-09-19 21:37

“Neftçi”dən “Keşlə”yə üç cavabsız qol – VİDEO

Premyer-liqa2021-09-19 21:14

“Niyə ancaq mənə belə suallar verirsiz?” – Samir Abasov

Premyer-liqa2021-09-19 20:47

Sənan Qurbanov: “İstefa verməkdən qorxmuram”

Gündəm