Connect with us

Layihə

DÜNƏNDƏN SABAHA: Problem futbol sisteminin yararsızlığındadır

-də paylaşıldı

Azərbaycan futbolunda dönüşün yaradılması, inkişafın təmin olunması üçün geniş təhlillərə, vəziyyətdən çıxış yollarının araşdırılmasına böyük ehtiyac var. Hansı səbəblərdən indiki durum yaranıb? Bunları bir yazıda, müsahibədə əhatə etmək mümkünsüzdü və elə bir effekt verməz.

Ötən illər ərzində çox yazılıb, çox deyilib. Ölkə futboluna milyonların axdığı illərdən bugünə kimi hər bir layihə, görülən, görülməyə çalışılan işlər incələnməli, səbəbləri axtarılmalı, dəqiqliklə göstərilib futbol içtimaiyyətinə çatdırılmalıdır.

Rubrikanızın adı da çox uğurlu seçilib: “Dünəndən sabaha”… Dünən nələr edilib, bu gün real durum nədir, sabah nələr ola bilər, olmalıdır… 2005-2015-ci illəri əhatə edən zaman kəsiyi, sonrakı 5-6 il, niyə ll dövlət proqramının qəbul olunmaması, klubların kütləvi dağılması, “dünən sponsorlar var idi, bu gün yoxdur” problemləri, qeydiyyatdan keçən 200 min futbolçunun “itkin” düşməsi və bütün bunların haradan qaynaqlandığı detallı olaraq incələnməlidir.

Hər gün “uşaq futbolu, uşaq futbolu” deməklə nə futbol inkişaf etməyəcək, nə də bu illər ərzində üzə çıxmadan it-bat olmuş istedadlar dönüb yenidən uşaq illərinə qayıtmayacaq. Bunu hər kəs bilir. İllər itirilib, dünəni təhlil edib bundan sonrasını düşünmək gərəkdir. Tənqidlər tənqid xatirinə edilməməli, dərin təhlillər aparılmalı, çıxış yolları göstərilməlidir. Günahkarlar, cavabdehlər böyük ölçüdə bəllidi. Qeyd olunan araşdırmalarda ilk olaraq bu insanların özləri maraqlı olmalıdırlar, əgər niyyətləri, futbol bacarıqları yerində olsaydı. Uzun illərdən sonra bunu gözləmək sadəlövhlükdür. Dövlətin yaratdığı olmazın imkanlar qarşılığında futbol və idarəçilik bilikləri buna yetsəydi, indi Azərbaycan futbolu tam fərqli yerlərdə olardı.

Futbol ancaq kompleks halda dirçələ bilər. Futbolun bir-birinə zəncirvari bağlı olan, bir-birini tamamlayan əsas, çoxşaxəli qolları var. İnfrastruktur – üşaq-gənclər futbolu – klublar – yarışlar – yığma(lar) – beynəlxalq çıxış – nəticələr. Bunlar konveyer olaraq işlək, inkişafı təmin edə biləcək mexanizm kimi davamlı fəaliyyət göstərməli, bütün ölkəni, bölgələri, hər bir şəhəri, rayonu əhatə etməlidir.

Elementar məntiq var, futbolçu uşaq futbolunu keçdikdən sonra klub olmasa, harada oynayacaq?! Hələ bunun təşkilati, futbolçu keyfiyyətinin təmin olunması məsələləri bir yana… Futbolda peşəkarlıqla yanaşı kütləvillik böyük önəm daşıyır. Futbol/idman eyni zamanda sosial məsələdir. Xalqın sağlam genefondunun qorunması dövlətçilik, dövlət adına strateji anlamdır. Çox vaxt hər futbolla məşğul olan uşaqdan peşəkar futbolçu olması istənilir, bu mövzu geniş müzakirə olunur. Yanlış yanaşmadır. Avropa, dünya çapında, yüksək liqalarda böyük futbolu istedadlar, bacarıqlılar oynayır və onlar da əsasən işlək mexanizmin içindən axtarılıb tapılır, cilovlanır, yetişdirilir. Əks halda, hər il dünyada bir Messi, Ronaldo üzə çıxardı.

Böyük futbol fitri istedadların, bacarıqlıların, əzmkarların, əziyyət çəkənlərin oyunudur. Ona görə milyonlarla insan onları seyr edir, futboldan zövq alırlar. Bu düşüncə tərzi, şəraitin yaradılması ilə yanaşı, Azərbaycan futboluna aşılanmalıdır. Uşaq-gənclər arasında yarışlar ölkədə bayrama çevrilməli, uşaqların həyatına unudulmaz sevinc bəxş etməlidir. Hər futbolla məşğul olandan futbolçu olmur!

Azərbaycanda futbol istedadları yox deyil, yetərincədir. Problem futbol sisteminin yararsızlığındadır. Dünyada futbolun vahid sistemlə inkişaf etdirilməsi mexanizmi yoxdur və bunun axtarılması da utopiyadır. Ölkələrdə soyasi-iqtisadi durum, milli mentalitet, futbol ənənələri, yaradılan şərait, görülən işlərin, yerli mühitə uyğun həyata keçirilməsi, layihələrin, bu işlərin kimlər tərəfindən görülməsi çox önəmlidir. Müxtəlif ölkələrdə futbolun inkişafını analiz etdikdə, görünən odur ki, diaqnoz zərgər dəqiqliyi ilə qoyulanda nəticələr özünü çox gözlətmir.

Rubrika davamlı olmalı, futbola cavabdeh şəxslər, mütəxəssislər, jurnalistlər bu işə cəlb edilməli, aktivlik göstərilməli, vəziyyətdən çıxış yolları araşdırılmalıdır. Şablon yanaşmalardan, ümumi ifadələrdən qaçılmalı, dəqiq analizlərə söykənən fikirlər prioritet təşkil etməlidir. Silsilə təhlillərlə futbol qanunlarının nəyə söykəndiyini, Azərbaycanda müxtəlif futbol sahələrinə rəsmi olaraq kimlərin cavabdeh olduqlarını, istər uşaq futbolu, istərsə ümumi futbolun problemlərini, böyük futbol ölkələrindən tutmuş Azərbaycana uyğun olan dövlətlərlə müqayisələr apararaq dəyərli oxucularımıza fikirlərimizi, dirçəliş yollarını çatdırarıq…

TAHİR SÜLEYMANOV, futbolinfo.az üçün

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-09-18 18:07

“Qəbələ” “Səbail”ə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-09-18 17:19

Krivotsyuk darmadağını kənardan izlədi

Dünya futbolu2021-09-18 17:00

Messinin PSJ-dəki qazanacı açıqlandı

Ölkə futbolu2021-09-18 16:45

Qayıbovun diqqətinə: Bağırsapand necə azərbaycanlı oldu?

Dünya futbolu2021-09-18 16:20

“Çelsi”nin futbolçusu vətəndaşlığını dəyişir

Dünya futbolu2021-09-18 11:57

“Yuventus”da rekord zərər

Ölkə futbolu2021-09-18 11:11

“Neftçi”nin yeni transferi: “Çempion olmaq istəyirik”

Dünya futbolu2021-09-18 10:55

La Liqada mövsümün ən yaxşı hakimi bəlli oldu

Dünya futbolu2021-09-18 10:52

İbrahimoviç “Yuventus”la oyunu da buraxacaq?

Dünya futbolu2021-09-18 10:47

Çempionlar Liqası: Həftənin rəmzi komandası

Ölkə futbolu2021-09-18 10:44

“Real”ın zədəlisi daha 3 həftə oynamayacaq

Dünya futbolu2021-09-18 10:42

“Bursaspor”un baş məşqçisi Namiklə xüsusi görüş keçirdi

Dünya futbolu2021-09-18 10:42

Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi

Ölkə futbolu2021-09-18 10:37

“Qəbələ” – “Alkmaar” matçı ukraynalı hakimlərə tapşırıldı

Premyer-liqa2021-09-18 10:31

“Neftçi” – “Keşlə” oyunu üçün FİFA referisi

Dünya futbolu2021-09-18 10:23

Ozanlı “Telstar”dan yeni mövsümdə ilk qələbə

Milli komanda2021-09-18 10:15

“Səhvlərimizi Danimarka ilə oyuna qədər aradan qaldırmağa çalışacağıq”

Dünya futbolu2021-09-18 10:11

Dadaşovsuz “Şalke” səfərdən məğlub döndü

Dünya futbolu2021-09-18 01:42

“Strasburq” darmadağınla qalib gəldi

Dünya futbolu2021-09-18 01:24

“Kadis”dən ilk qələbə

Dünya futbolu2021-09-18 01:05

“Nyukasl”la “Lids”dən heç-heçə

Dünya futbolu2021-09-18 00:44

“Torino” səfərdən qələbə ilə döndü

Dünya futbolu2021-09-18 00:26

“Herta”dan əzmkar qələbə

Ölkə futbolu2021-09-18 00:07

“Fatih Karagümrük” səfərdə, “Altay” evdə qələbə qazandı

Milli komanda2021-09-17 22:25

Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı

Ölkə futbolu2021-09-17 21:24

“Sumqayıt” cənubi azərbaycanlı hücumçu ilə müqavilə bağladı

Dünya futbolu2021-09-17 20:41

Kinqsli Koman ürəyindən əməliyyat olundu

Premyer-liqa2021-09-17 20:11

“Neftçi” – “Keşlə” oyunu 1 manata

Premyer-liqa2021-09-17 20:00

Premyer Liqada yay bazarlığı – YENİLƏNİR

Premyer-liqa2021-09-17 19:41

“Sabah”la “Zirə”nin 12-ci dueli

Ölkə futbolu2021-09-17 19:13

Xorxe Korredan “Neftçi” ilə 2 illik müqavilə

Premyer-liqa2021-09-17 18:41

“Neftçi” “Keşlə” ilə oyuna tam heyətlə hazırlaşır

Ölkə futbolu2021-09-17 18:24

“Neftçi”də argentinalı futbolçu – VİDEO

Ölkə futbolu2021-09-17 18:00

Lavalla Buqrin “Neftçi”dən gedir? – Özləri açıqladı

Digər2021-09-17 17:32

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-09-17 17:00

“Barselona”nın zərəri açıqlandı

Dünya futbolu2021-09-17 16:10

Bundesliqada avqust ayının ən yaxşı futbolçusu

I Divizion2021-09-17 15:34

Birinci Divizionun iştirakçılarına top verildi

Ölkə futbolu2021-09-17 15:12

“Qarabağ”da Xayme Romero şoku: Əməliyyat olunacaq

Dünya futbolu2021-09-17 14:59

“Barselona”nın hücumçusu əməliyyat olundu

Milli komanda2021-09-17 14:24

Milli komandadan “Qəbələ” ilə heç-heçə

Ölkə futbolu2021-09-17 14:07

UEFA-dan “Qarabağ”la “Neftçi” üçün yeni maliyyə vəsaiti

I Divizion2021-09-17 13:57

Birinci Divizionda yeni mövsümün ilk cəzaları

Premyer-liqa2021-09-17 13:43

“Keşlə”nin futbolçusuna sərt cəza, “Qarabağ” və “Neftçi”yə xəbərdarlıq

Dünya futbolu2021-09-17 13:32

Avroliqada həftənin ən yaxşı oyunçusu adına 4 namizəd

Dünya futbolu2021-09-17 13:16

ÇL-də ilk qolunu vurdu, atasının ölüm xəbərini aldı

Layihə2021-09-17 12:57

DÜNƏNDƏN SABAHA: Şəxsi maraqlara xidmət etmək üçün dəyişdirilən Nizamnamə

Ölkə futbolu2021-09-17 12:44

“Bazel”in futbolçusu: “Belə çətin olacağını bilirdik”

Müsahibə2021-09-17 12:33

Emin Mahmudov: “Məğlubiyyət xoş deyil, amma…”

Ölkə futbolu2021-09-17 12:07

Qurban Qurbanovun hərəkətində nə qəbahət var? – Deputat yazdı

Gündəm