Connect with us

Layihə

DÜNƏNDƏN SABAHA: Sponsorları qaçaq salan Elxan Məmmədov – “Bakcell”in milyonları havaya sovruldu

-də paylaşıldı

Sponsorlar futbola yatırım qoymur, iş adamları bu sahədən uzaq qaçırlar – bu, AFFA rəsmilərinin bəhanəsidi. Premyer Liqada klub sayının artmamasından söz düşən kimi assosiasiya rəsmiləri qalxanı əlnə götürüb, özünü müdafiə etməyə çalışır.

Əslində isə hər şeyin səbəbkarı məhz AFFA-dı. Mənasız, perspektivi olmayan layihələri ilə sponsorları bezdirən, qaçaq salan bu qurumun “Bakcell”in başına açdığı oyun nümunə götürmək üçün kifayətdi.

AFFA və “Bakcell” arasındakı Elit Məşq layihəsi 2017-ci ilin əvvəlində dayandırıldı. 3 il ərzində sponsorun milyonlarını havaya sovuran qurum qarşı tərəfi perspektivə inandıra bilmədi və anlaşma uzadılmadı. İki qurum arasında bağlanan müqavilə əsasında fəaliyyəti təmin olunan “Mançester Yunayted” məktəbi isə 2018-ci ilin avqustunda ləğv edilmişdi. 4 il ərzində mobil operatorun top oyununa sərf etdiyi milyonlar küləyə verildi, heç bir nəticə əldə olunmadı.

“Mançester Yunayted” məktəbinin heç bir perspektiv vəd etmədiyi öncədən bəlli idi. AFFA İngiltərə nəhənginin adından istifadə etdi, guya bu layihənin ölkədə futbolun kütləviləşməsinə xidmət edəcəyini, yeni istedadların üzə çıxacağını deyərək “Bakcell”i aldatdı, şirkət isə 4 ildən sonra ayıldı, boş yerə pul dağıtdıqlarını gördülər və layihədən çəkildilər. AFFA istedadları deyil, imkanlı adamların, hətta baş katib Elxan Məmmədov daxil olmaqla qurum rəsmilərinin, onların qohumlarının övladlarını bu məktəblərə yığdı, lüks şərait yaratdı, İngiltərəni gəzdirdi. Bu yanaşma ilə nəticənin olmayacağı aydın idi.

Səriştəsizlərin yarıtmaz idarəçiliyi üzündən 4 il ərzində süni şəkildə seçilən uşaqlardan heç biri bu gün futbolla məşğul olmur. İngiltərəyə aparılan onlarla uşağın adı mətbuatdan gizlədildi, adları açıqlananlardan isə heç biri üzdə deyil. Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov, Xəyal Əliyev 2013-cü ilin avqust ayında Mançester şəhərinə səfər edib, əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted Futbol Akademiyası”, eləcə də komandanın təlim-məşq bazasını ziyarət etmək imkanı qazandılar. Vəssalam, yalnız turistik səfər etdilər, sonra isə itib-batdılar.

O zaman guya Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksəlmişdi. Bəs, o, indi haradadı, Premyer Liqa klublarımızın, millilərimizin heyətində niyə görünmür?

Siyahıda yalnız Turan Vəlizadə diqqətinizi çəkə bilər. Bu futbolçu hazırda “Keşlə”də çıxış edir. Əsas heyət üzvü olmasa da, karyerasını davam etdirir. Lakin o, AFFA-nın əlində bayraq ola bilməz. Çünki yarımmüdafiəçi Bakıdakı türk futbol məktəbinin yetirməsidi, 7 yaşından orada yetişib, “Fənərbaxça”nın aşağı yaş qruplarına kimi bir çox yerdə çıxış edib. Yəni, o, “Mançester Yunayted” məktəbinin yetirməsi deyil, sadəcə, yolu buradan düşüb və onu inkişaf etdirə bilmədiklərindən məktəbdən ayrılıb. “Sabahın Ulduzları”nda püxtələşən futbolçu bu gün ayaqdadısa, həmin yarışlara borcludu, “Mançester Yunayted” məktəbinə yox.

Vəssalam. 4 ilə 3 milyon manatdan çox vəsait xərcləyən “Bakcell” belə aldadıldı. Sponsorları səriştəsizliyi üzündən küsdürən icraçı vitse-prezident Elxan Məmmədov isə hər imkanda onları qınayır, futbola yatırım etməmələrindən şikayətlənir. Hansı ağıllı biznesmen pulunu bu bacarıqsızlıqlara etibar edər?

AĞA

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-09-18 17:53

“Qəbələ” “Səbail”ə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-09-18 17:19

Krivotsyuk darmadağını kənardan izlədi

Dünya futbolu2021-09-18 17:00

Messinin PSJ-dəki qazanacı açıqlandı

Ölkə futbolu2021-09-18 16:45

Qayıbovun diqqətinə: Bağırsapand necə azərbaycanlı oldu?

Dünya futbolu2021-09-18 16:20

“Çelsi”nin futbolçusu vətəndaşlığını dəyişir

Dünya futbolu2021-09-18 11:57

“Yuventus”da rekord zərər

Ölkə futbolu2021-09-18 11:11

“Neftçi”nin yeni transferi: “Çempion olmaq istəyirik”

Dünya futbolu2021-09-18 10:55

La Liqada mövsümün ən yaxşı hakimi bəlli oldu

Dünya futbolu2021-09-18 10:52

İbrahimoviç “Yuventus”la oyunu da buraxacaq?

Dünya futbolu2021-09-18 10:47

Çempionlar Liqası: Həftənin rəmzi komandası

Ölkə futbolu2021-09-18 10:44

“Real”ın zədəlisi daha 3 həftə oynamayacaq

Dünya futbolu2021-09-18 10:42

“Bursaspor”un baş məşqçisi Namiklə xüsusi görüş keçirdi

Dünya futbolu2021-09-18 10:42

Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi

Ölkə futbolu2021-09-18 10:37

“Qəbələ” – “Alkmaar” matçı ukraynalı hakimlərə tapşırıldı

Premyer-liqa2021-09-18 10:31

“Neftçi” – “Keşlə” oyunu üçün FİFA referisi

Dünya futbolu2021-09-18 10:23

Ozanlı “Telstar”dan yeni mövsümdə ilk qələbə

Milli komanda2021-09-18 10:15

“Səhvlərimizi Danimarka ilə oyuna qədər aradan qaldırmağa çalışacağıq”

Dünya futbolu2021-09-18 10:11

Dadaşovsuz “Şalke” səfərdən məğlub döndü

Dünya futbolu2021-09-18 01:42

“Strasburq” darmadağınla qalib gəldi

Dünya futbolu2021-09-18 01:24

“Kadis”dən ilk qələbə

Dünya futbolu2021-09-18 01:05

“Nyukasl”la “Lids”dən heç-heçə

Dünya futbolu2021-09-18 00:44

“Torino” səfərdən qələbə ilə döndü

Dünya futbolu2021-09-18 00:26

“Herta”dan əzmkar qələbə

Ölkə futbolu2021-09-18 00:07

“Fatih Karagümrük” səfərdə, “Altay” evdə qələbə qazandı

Milli komanda2021-09-17 22:25

Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı

Ölkə futbolu2021-09-17 21:24

“Sumqayıt” cənubi azərbaycanlı hücumçu ilə müqavilə bağladı

Dünya futbolu2021-09-17 20:41

Kinqsli Koman ürəyindən əməliyyat olundu

Premyer-liqa2021-09-17 20:11

“Neftçi” – “Keşlə” oyunu 1 manata

Premyer-liqa2021-09-17 20:00

Premyer Liqada yay bazarlığı – YENİLƏNİR

Premyer-liqa2021-09-17 19:41

“Sabah”la “Zirə”nin 12-ci dueli

Ölkə futbolu2021-09-17 19:13

Xorxe Korredan “Neftçi” ilə 2 illik müqavilə

Premyer-liqa2021-09-17 18:41

“Neftçi” “Keşlə” ilə oyuna tam heyətlə hazırlaşır

Ölkə futbolu2021-09-17 18:24

“Neftçi”də argentinalı futbolçu – VİDEO

Ölkə futbolu2021-09-17 18:00

Lavalla Buqrin “Neftçi”dən gedir? – Özləri açıqladı

Digər2021-09-17 17:32

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-09-17 17:00

“Barselona”nın zərəri açıqlandı

Dünya futbolu2021-09-17 16:10

Bundesliqada avqust ayının ən yaxşı futbolçusu

I Divizion2021-09-17 15:34

Birinci Divizionun iştirakçılarına top verildi

Ölkə futbolu2021-09-17 15:12

“Qarabağ”da Xayme Romero şoku: Əməliyyat olunacaq

Dünya futbolu2021-09-17 14:59

“Barselona”nın hücumçusu əməliyyat olundu

Milli komanda2021-09-17 14:24

Milli komandadan “Qəbələ” ilə heç-heçə

Ölkə futbolu2021-09-17 14:07

UEFA-dan “Qarabağ”la “Neftçi” üçün yeni maliyyə vəsaiti

I Divizion2021-09-17 13:57

Birinci Divizionda yeni mövsümün ilk cəzaları

Premyer-liqa2021-09-17 13:43

“Keşlə”nin futbolçusuna sərt cəza, “Qarabağ” və “Neftçi”yə xəbərdarlıq

Dünya futbolu2021-09-17 13:32

Avroliqada həftənin ən yaxşı oyunçusu adına 4 namizəd

Dünya futbolu2021-09-17 13:16

ÇL-də ilk qolunu vurdu, atasının ölüm xəbərini aldı

Layihə2021-09-17 12:57

DÜNƏNDƏN SABAHA: Şəxsi maraqlara xidmət etmək üçün dəyişdirilən Nizamnamə

Ölkə futbolu2021-09-17 12:44

“Bazel”in futbolçusu: “Belə çətin olacağını bilirdik”

Müsahibə2021-09-17 12:33

Emin Mahmudov: “Məğlubiyyət xoş deyil, amma…”

Ölkə futbolu2021-09-17 12:07

Qurban Qurbanovun hərəkətində nə qəbahət var? – Deputat yazdı

Gündəm