Connect with us

Müsahibə

Emin Mahmudov: “Səbəb bir deyil”

-də paylaşıldı

“Neftçi”nin kapitanı və Azərbaycan yığmasının üzvü Emin Mahmudovun futbolinfo.az saytına müsahibəsi

  • “Qarabağ”la matçda “Neftçi” heç də pis təsir bağışlamadı. Amma fərdi səhvlərdən məğlub oldunuz. Oyun haqqında fikirləriniz necədir?
  • İlk hissədə “Qarabağ”a qarşı aqressiv ola bilmədik. Topu çox tez-tez itirirdik. İkinci hissədə isə bu aqressivliyi bərpa edə bildik. Rəqibi irəlidə sıxmağa başladıq və bu da bizə daha yaxşı oyun göstərməyə kömək etdi. Təəssüf ki, ikinci hissədəki epizodlardan yararlana bilmədik.
  • Ümumiyyətlə, bu məğlubiyyət çempionatda ciddi heç bir şeyi dəyişmir. Bəs, ab-hava olaraq komandaya necə təsir edəcək?
  • Daha yaxşı oyun ortaya qoya bilərik. Uzun marafon hələ indi başlayır. Bizim nəticələrimiz hələ qarşıdadır. Bundan sonra da hər matça 3 xal üçün çıxacağıq. Daha yaxşı oyunla daha çox xallar qazana bilərik.
  • Yeni transferlər komandaya gec qoşuldu. Bu “Neftçi”yə hardasa ziyan verə bilər?
  • Düşünürəm ki, tez qoşulsaydılar, bu daha yaxşı olardı. İndi isə vəziyyət elədir ki, onlar tez adaptasiya olmalıdırlar, daha çox komandaya kömək etməlidirlər. Bizim buna ehtiyacımız var, çünki çempionat davam edir və bizi qarşıda ağır oyunlar gözləyir.
  • Avrokuboklardakı uğursuzluqdan sonra bütün diqqəti çempionata yönəltmisiniz. Əsas rəqibiniz “Qarabağ” da avrokuboklarda mübarizə aparacaq. Bu hardasa sizi növbəti çempionluğa apara bilər?
  • Ümumiyyətlə, düşünmürük ki, “Qarabağ”a çətin olacaq. Çünki onların necə oynayacağı bizim üçün prioritet məsələ deyil. Əsas odur ki, öz oyunumuzu göstərək. Meydana çıxıb xallar qazanmalı, qalibiyyətlər əldə etməliyik.
  • Emin, son zamanlar əla formadasan və qollar ard-arda gəlir. Belə deyək ki, hazırda ölkənin ən yaxşı futbolçusu olmağa namizədsən. Bu barədə öz şəxsi fikirlərin necədir?
  • Özüm haqqında yaxşı futbolçuyam, yoxsa pis deyə düşünmürəm. Çünki futbol elədir ki, bu gün səni tərifləyənlər sabah tənqid edə bilərlər. Bu normaldır və mən də elə qəbul edirəm. Bu barədə çox düşünmürəm. Mən öz işimi görmək istəyirəm. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirirəm və bunu tam bacaranda hər şey daha yaxşı olur.
  • Dünya çempionatının seçmə mərhələsinin ən çox topa sahib olan futbolçusu oldun. Bu səni daha da motivasiya edirmi?
  • Milli forma geyinəndə motivasiya pik həddə olur. Düşünürəm ki, yığmanın formasını geyinənlər üçün əlavə motivasiyaya ehtiyac yoxdur. Mən millidə az oynamışam və indi hər oyun meydana çıxmaq çox xoşdur. Meydana çıxanda məqsədim odur ki, daha yaxşı oynayım, pis çıxış etməyim ki, məşqçinin fikri dəyişməsin və ehtiyatda qalmayım.
  • Millidən söz düşmüşkən komandanın uğursuz oyunlarının səbəbi nədir? Səncə, Lüksemburqa məğlubiyyət, İrlandiyayla matçda son dəqiqədə qələbəni əldən vermək, Portuqaliyaya müqavimətsiz uduzmaq. Bütün bunlardan azarkeşlər kütləvi narazıdır. Təcrübəli futbolçu kimi çıxış yolunu nədə görürsən?
  • Hansısa bir səbəb göstərmək olmaz. Bunun bir səbəbi yoxdur. Əgər səbəb tək olsaydı, hamı bu haqda düşünüb, onu düzəltməyə çalışardı. Ona görə də xüsusi nəyisə qeyd edə bilmərəm. Bütün futbolçular daha yaxşı oynamaq haqqında danışmaq lazımdır. Portuqaliya bizə “klas” göstərdi. Onlar sübut etdilər ki, böyük futbol necə olur.
  • Yığmanın heyətində hər 3 qolun müəllifi oldun. Emin Mahmudov artıq həm də cərimə zərbələrinin mahir ustası kimi görülür…
  • Cərimə zərbələri elədir ki, bəzən hamısını yaxşı vurursan. Bəzən də elə olur ki, heç vura bilmirsən. İndi yaxşıdır zərbələrim və istifadə edirəm. Bir də gördün heç alınmır və hamı deyəcək ki, bunu cərimə zərbələrindən uzaq tutun (gülür).
  • Yığmanın Lüksemburqa məğlubiyyəti faciə kimi dəyərləndirildi. Emin, yaxşı karyeraya malik futbolçusan, “Neftçi”nin kapitanısan. Klublarımızın Avropada uğurlarını görürürük. Bəs, milli nə zaman insanları sevindirəcək?
  • Azarkeşləri başa düşürəm, onlar da millidən yaxşı nəticə gözləyirlər, yaxşı futbol gözləyirlər. Bəlkə biz bunu hamıdan çox istəyirik. Tərəfdarlarımızı sevindirmək üçün çalışırıq. Amma alınmır və uğur çatmır. Biz əlimizdən gələni edirik. Ümid edirəm ki, gələn oyunlarda azarkeşləri sevindirəm. Bunu niyə edə bilmədiyimizi demək çox çətindir. Bəzən rəqiblər çox səviyyəli olur və futbolçular üst keyfiyyətə malik olur, bacarmırıq. Yenə də çalışmalıyıq ki, “döyüşüb” nəticə qazanaq.

CAVAD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Premyer-liqa2021-09-18 18:07

“Qəbələ” “Səbail”ə qarşı – YENİLƏNİR

Dünya futbolu2021-09-18 17:19

Krivotsyuk darmadağını kənardan izlədi

Dünya futbolu2021-09-18 17:00

Messinin PSJ-dəki qazanacı açıqlandı

Ölkə futbolu2021-09-18 16:45

Qayıbovun diqqətinə: Bağırsapand necə azərbaycanlı oldu?

Dünya futbolu2021-09-18 16:20

“Çelsi”nin futbolçusu vətəndaşlığını dəyişir

Dünya futbolu2021-09-18 11:57

“Yuventus”da rekord zərər

Ölkə futbolu2021-09-18 11:11

“Neftçi”nin yeni transferi: “Çempion olmaq istəyirik”

Dünya futbolu2021-09-18 10:55

La Liqada mövsümün ən yaxşı hakimi bəlli oldu

Dünya futbolu2021-09-18 10:52

İbrahimoviç “Yuventus”la oyunu da buraxacaq?

Dünya futbolu2021-09-18 10:47

Çempionlar Liqası: Həftənin rəmzi komandası

Ölkə futbolu2021-09-18 10:44

“Real”ın zədəlisi daha 3 həftə oynamayacaq

Dünya futbolu2021-09-18 10:42

“Bursaspor”un baş məşqçisi Namiklə xüsusi görüş keçirdi

Dünya futbolu2021-09-18 10:42

Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi

Ölkə futbolu2021-09-18 10:37

“Qəbələ” – “Alkmaar” matçı ukraynalı hakimlərə tapşırıldı

Premyer-liqa2021-09-18 10:31

“Neftçi” – “Keşlə” oyunu üçün FİFA referisi

Dünya futbolu2021-09-18 10:23

Ozanlı “Telstar”dan yeni mövsümdə ilk qələbə

Milli komanda2021-09-18 10:15

“Səhvlərimizi Danimarka ilə oyuna qədər aradan qaldırmağa çalışacağıq”

Dünya futbolu2021-09-18 10:11

Dadaşovsuz “Şalke” səfərdən məğlub döndü

Dünya futbolu2021-09-18 01:42

“Strasburq” darmadağınla qalib gəldi

Dünya futbolu2021-09-18 01:24

“Kadis”dən ilk qələbə

Dünya futbolu2021-09-18 01:05

“Nyukasl”la “Lids”dən heç-heçə

Dünya futbolu2021-09-18 00:44

“Torino” səfərdən qələbə ilə döndü

Dünya futbolu2021-09-18 00:26

“Herta”dan əzmkar qələbə

Ölkə futbolu2021-09-18 00:07

“Fatih Karagümrük” səfərdə, “Altay” evdə qələbə qazandı

Milli komanda2021-09-17 22:25

Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı

Ölkə futbolu2021-09-17 21:24

“Sumqayıt” cənubi azərbaycanlı hücumçu ilə müqavilə bağladı

Dünya futbolu2021-09-17 20:41

Kinqsli Koman ürəyindən əməliyyat olundu

Premyer-liqa2021-09-17 20:11

“Neftçi” – “Keşlə” oyunu 1 manata

Premyer-liqa2021-09-17 20:00

Premyer Liqada yay bazarlığı – YENİLƏNİR

Premyer-liqa2021-09-17 19:41

“Sabah”la “Zirə”nin 12-ci dueli

Ölkə futbolu2021-09-17 19:13

Xorxe Korredan “Neftçi” ilə 2 illik müqavilə

Premyer-liqa2021-09-17 18:41

“Neftçi” “Keşlə” ilə oyuna tam heyətlə hazırlaşır

Ölkə futbolu2021-09-17 18:24

“Neftçi”də argentinalı futbolçu – VİDEO

Ölkə futbolu2021-09-17 18:00

Lavalla Buqrin “Neftçi”dən gedir? – Özləri açıqladı

Digər2021-09-17 17:32

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-09-17 17:00

“Barselona”nın zərəri açıqlandı

Dünya futbolu2021-09-17 16:10

Bundesliqada avqust ayının ən yaxşı futbolçusu

I Divizion2021-09-17 15:34

Birinci Divizionun iştirakçılarına top verildi

Ölkə futbolu2021-09-17 15:12

“Qarabağ”da Xayme Romero şoku: Əməliyyat olunacaq

Dünya futbolu2021-09-17 14:59

“Barselona”nın hücumçusu əməliyyat olundu

Milli komanda2021-09-17 14:24

Milli komandadan “Qəbələ” ilə heç-heçə

Ölkə futbolu2021-09-17 14:07

UEFA-dan “Qarabağ”la “Neftçi” üçün yeni maliyyə vəsaiti

I Divizion2021-09-17 13:57

Birinci Divizionda yeni mövsümün ilk cəzaları

Premyer-liqa2021-09-17 13:43

“Keşlə”nin futbolçusuna sərt cəza, “Qarabağ” və “Neftçi”yə xəbərdarlıq

Dünya futbolu2021-09-17 13:32

Avroliqada həftənin ən yaxşı oyunçusu adına 4 namizəd

Dünya futbolu2021-09-17 13:16

ÇL-də ilk qolunu vurdu, atasının ölüm xəbərini aldı

Layihə2021-09-17 12:57

DÜNƏNDƏN SABAHA: Şəxsi maraqlara xidmət etmək üçün dəyişdirilən Nizamnamə

Ölkə futbolu2021-09-17 12:44

“Bazel”in futbolçusu: “Belə çətin olacağını bilirdik”

Müsahibə2021-09-17 12:33

Emin Mahmudov: “Məğlubiyyət xoş deyil, amma…”

Ölkə futbolu2021-09-17 12:07

Qurban Qurbanovun hərəkətində nə qəbahət var? – Deputat yazdı

Gündəm