Connect with us

Ölkə futbolu

“Qarabağ” bir addım öndə – Abasov səhvlərini cığallıqla unutdurur

-də paylaşıldı

Premyer Liqa komandaları hamısı cütləşib. Bütün pillələrin şərikli sahibi var – liderlər də eyni xalı bölüşür, autsayderlər də.

Ancaq o dəqiqdi ki, “Qarabağ” çempionluq uğrunda əsas rəqibi olan “Neftçi”dən bir addım önə keçməyi bacardı. Qələbənin səfərdə qazanılması isə onu daha da qiymətli etdi. Ağdamlılar 1-ci pilləni ələ keçirdi və rahatca avrokubok matçına hazırlaşacaq.

Oyunun startı “Neftçi” üçün pis deyildi. Lakin İsmayıl Zülfüqarlının səhv ötürməsi hər şeyi dəyişdi. O, geriyə pas zamanı Vadji İbrahima üçün assisent rolunu oynadı. Seneqallı az sonra dublunu rəsmiləşdirib “Qarabağ”ın çoxdandı arzuladığı hücumçu ola biləcəyini göstərdi. Hərəkətli, qol duyumu yaxşı olan bu forvard tam formaya düşdükdən sonra rəqiblər üçün daha təhlükəli olacaq.

“Neftçi” fasilədən sonra ayıldı. Start heyətində ciddi yanlışlar edən Samir Abasov əvəzetmələrlə vəziyyəti qismən düzəltdi. Bundan sonra irəlidə pressinqi artıran bakılılar təsəlli qolunu vurmağ bacardı. İsmayıl Zülfüqarlı ilk qoldakı səhvini düzəltdi, onun dirəkdən qayıdan zərbəsini Emin Mahmudov əla tamamladı.

Son dəqiqələrdə ağdamlılar qələbədən ola bilərdi. Düzdü, qonaqlar əks-hücumlarda bur neçə epizod yarada bildi, amma “Neftçi”nin təzyiqi daha ciddi idi. Tirdən dönən zərbə, Şahruddin Məhəmmədəliyevin əla seyvləri sayəsində xal bölgüsü reallaşmadı. Lakin “Qarabağ”ın millidən dönən futbolçularının yorğunluqdan, eyni zamanda rəqibin öndə etdiyi təzyiqdən qaynaqlanan səhvləri diqqət çəkdi. Həddindən artıq top itirən ağdamlılar qələbə hesabını qorudusa, buna görə Zülfüqarlıdan aldıqları start hədiyyəsinə, bir az da bəxtə minnətdar olmalıdı.

Zövq verən oyunda çempionluğun əsas favoritləri üz-üzə gəldi. Matç göstərdi ki, vəziyyətlərindən asılı olmayaraq, bu komandalar yenə sonadək döyüşəcək. Oyunun tempi, futbolçuların mübarizə əzmi digər oyunlarla müqayisədə daha üstün idi. Ritmi qoruyacaqları halda “Neftçi”ylə “Qarabağ”  mövsümün sonunadək ciddi rəqabət içində olacaq.

Oyunu daha baxımlı edən həm də azarkeşlər idi. Hər iki komandanın tərəfdarları layiqli dəstək verdi, sonadək susmadı. Ağdamlı fanatlar fasilə ərəfəsndə polislərlə mübahisəyə də vaxt tapdı. Yolverilməz şüarların dayandırılması tələbinə əməl edilməyincə asayiş keşikçiləri bir neçə fanatı tribunadan uzaqlaşdırmağa məcbur oldu. Onlar bir də oyunun sonunda olay çıxardı. Bu dəfə rəqib baş məşqçi Samir Abasovu istefaya səsləməklə, ona atmacalar atmaqla önə çıxdılar.

Fanatların ironiyasına Abasov mətbuat konfransında özünəməxsus şəkildə cavab verdi. “Gəldim, 7 ildən sonra çempionluğu əllərindən aldım”, deyən Samir bəy haqlıdı, lakin fanatlarla hətta qiyabi deyişmə də xoş deyil. Çünki bu açıqlama mövsüm boyunca onu izləyəcək və “Qarabağ” azarkeşləri hər matçda onun əsəbləri ilə oynayacaq.

Abasovun digər açıqlaması isə daha düşündürücüdü. Vaxtında heyəti düzgün komplektləşdirməyən, yerli oyunçu ehtiyatı kifayət qədər olmayan “Neftçi”nin çalışdırıcısı indi cığallıq edir. Samir bəy 12 legioneri heyətə doldurub, indi isə limitin bunun yarısı qədər olmasından narazıdı. Klub rəhbərliyi ilə danışıb limit məsələsini qabardacağını deyən Abasov yenə bəhanə axtarır. Qaydalar, qadağalar var və heyət qurularkən onlar nəzərə alınmalıydı. Səhvlər edilib, indi limiti özünə uyğun dəyişdirməyə çalışmaq yolverilməzdi. O zaman digər komandaların haqqı tapdanmış olar – hansı ki, onlar heyəti məhz hazırkı limitə uyğun komplektləşdirib.

Samir bəy indi anlayıb ki, yetərli yerli oyunçusu yoxdu, əvəzində əlinin altında 12 əcnəbi var. Elə bu səbəbdəndi ki, yeni transfer olunan futbolçuların 6-sı (!!!) ehtiyatda oturdulmuşdu. Hətta 100 min dollar ödənilərək “Sumqayıt”dan gətirilən Xəyal Nəcəfova da şans verilməmişdi. Halbuki bu futbolçu elə yerli oyunçu potensialını yaxşılaşdırmaq məqsədilə dəvət olunub. Əgər o da ehtiyatda qalırsa, deməli, Abasov sadəcə, say düzəldib, indi isə çıxış yolu kimi kənar bəhanələr axtarır, limitlə bağlı oyun oynayır. Özü də bilir ki, mövsümə start verildikdən sonra belə təşəbbüslərin müsbət həlli mümkün deyil, dedikləri yalnız ucuz bəraət cəhdidi.

Qonaqların at oynatdığı turda meydan sahiblərinin yeganə qələbəsini “Səbail” qazandı. Bayıl təmsilçisi üstün oynadığı “Sumqayıt”la matçda qələbə qolunu hiyləgərliklə, amma qaydalar çərçivəsində vurdu. “Kimyaçılar”ın bəyənməyib imtina etdiyi Cabir Əmirli keçmiş komandasını məyus etməklə çempionatda xal itriməyən sonuncu komandanın da seriyasını dayandırdı. İki turdan sonra lider olan “Sumqayıt” artıq 4-cü pilləyə enib.

“Qarabağ” son illər bəlkə də ilk dəfə millilərin toplanışından sonrakı turda xal itirmədi. Dünənki matça – hətta “Bazel”lə oyunları düşünmədən – tam heyətlə çıxan ağdamlılar ötən mövsüm qaçırılan çempionluğa görə əsəbləşdiklərini göstərdilər. Bizi iki komandanın ifasında gərgin gedişat, maraqlı rəqabət gözləyir.

FƏRİD

Şərh üçün tıkla

Şərh edin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Arxiv

Dünya futbolu2021-09-18 18:30

Nuriyevli “Kolos”dan inamlı qələbə

Premyer-liqa2021-09-18 18:25

“Qəbələ” “Səbail”ə qalib gəlir – YENİLƏNİR

Dünya futbolu2021-09-18 17:19

Krivotsyuk darmadağını kənardan izlədi

Dünya futbolu2021-09-18 17:00

Messinin PSJ-dəki qazanacı açıqlandı

Ölkə futbolu2021-09-18 16:45

Qayıbovun diqqətinə: Bağırsapand necə azərbaycanlı oldu?

Dünya futbolu2021-09-18 16:20

“Çelsi”nin futbolçusu vətəndaşlığını dəyişir

Dünya futbolu2021-09-18 11:57

“Yuventus”da rekord zərər

Ölkə futbolu2021-09-18 11:11

“Neftçi”nin yeni transferi: “Çempion olmaq istəyirik”

Dünya futbolu2021-09-18 10:55

La Liqada mövsümün ən yaxşı hakimi bəlli oldu

Dünya futbolu2021-09-18 10:52

İbrahimoviç “Yuventus”la oyunu da buraxacaq?

Dünya futbolu2021-09-18 10:47

Çempionlar Liqası: Həftənin rəmzi komandası

Ölkə futbolu2021-09-18 10:44

“Real”ın zədəlisi daha 3 həftə oynamayacaq

Dünya futbolu2021-09-18 10:42

“Bursaspor”un baş məşqçisi Namiklə xüsusi görüş keçirdi

Dünya futbolu2021-09-18 10:42

Avroliqada həftənin ən yaxşı oyunçusu bilindi

Ölkə futbolu2021-09-18 10:37

“Qəbələ” – “Alkmaar” matçı ukraynalı hakimlərə tapşırıldı

Premyer-liqa2021-09-18 10:31

“Neftçi” – “Keşlə” oyunu üçün FİFA referisi

Dünya futbolu2021-09-18 10:23

Ozanlı “Telstar”dan yeni mövsümdə ilk qələbə

Milli komanda2021-09-18 10:15

“Səhvlərimizi Danimarka ilə oyuna qədər aradan qaldırmağa çalışacağıq”

Dünya futbolu2021-09-18 10:11

Dadaşovsuz “Şalke” səfərdən məğlub döndü

Dünya futbolu2021-09-18 01:42

“Strasburq” darmadağınla qalib gəldi

Dünya futbolu2021-09-18 01:24

“Kadis”dən ilk qələbə

Dünya futbolu2021-09-18 01:05

“Nyukasl”la “Lids”dən heç-heçə

Dünya futbolu2021-09-18 00:44

“Torino” səfərdən qələbə ilə döndü

Dünya futbolu2021-09-18 00:26

“Herta”dan əzmkar qələbə

Ölkə futbolu2021-09-18 00:07

“Fatih Karagümrük” səfərdə, “Altay” evdə qələbə qazandı

Milli komanda2021-09-17 22:25

Yığmamız seçmə mərhələyə məğlubiyyətlə başladı

Ölkə futbolu2021-09-17 21:24

“Sumqayıt” cənubi azərbaycanlı hücumçu ilə müqavilə bağladı

Dünya futbolu2021-09-17 20:41

Kinqsli Koman ürəyindən əməliyyat olundu

Premyer-liqa2021-09-17 20:11

“Neftçi” – “Keşlə” oyunu 1 manata

Premyer-liqa2021-09-17 20:00

Premyer Liqada yay bazarlığı – YENİLƏNİR

Premyer-liqa2021-09-17 19:41

“Sabah”la “Zirə”nin 12-ci dueli

Ölkə futbolu2021-09-17 19:13

Xorxe Korredan “Neftçi” ilə 2 illik müqavilə

Premyer-liqa2021-09-17 18:41

“Neftçi” “Keşlə” ilə oyuna tam heyətlə hazırlaşır

Ölkə futbolu2021-09-17 18:24

“Neftçi”də argentinalı futbolçu – VİDEO

Ölkə futbolu2021-09-17 18:00

Lavalla Buqrin “Neftçi”dən gedir? – Özləri açıqladı

Digər2021-09-17 17:32

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-09-17 17:00

“Barselona”nın zərəri açıqlandı

Dünya futbolu2021-09-17 16:10

Bundesliqada avqust ayının ən yaxşı futbolçusu

I Divizion2021-09-17 15:34

Birinci Divizionun iştirakçılarına top verildi

Ölkə futbolu2021-09-17 15:12

“Qarabağ”da Xayme Romero şoku: Əməliyyat olunacaq

Dünya futbolu2021-09-17 14:59

“Barselona”nın hücumçusu əməliyyat olundu

Milli komanda2021-09-17 14:24

Milli komandadan “Qəbələ” ilə heç-heçə

Ölkə futbolu2021-09-17 14:07

UEFA-dan “Qarabağ”la “Neftçi” üçün yeni maliyyə vəsaiti

I Divizion2021-09-17 13:57

Birinci Divizionda yeni mövsümün ilk cəzaları

Premyer-liqa2021-09-17 13:43

“Keşlə”nin futbolçusuna sərt cəza, “Qarabağ” və “Neftçi”yə xəbərdarlıq

Dünya futbolu2021-09-17 13:32

Avroliqada həftənin ən yaxşı oyunçusu adına 4 namizəd

Dünya futbolu2021-09-17 13:16

ÇL-də ilk qolunu vurdu, atasının ölüm xəbərini aldı

Layihə2021-09-17 12:57

DÜNƏNDƏN SABAHA: Şəxsi maraqlara xidmət etmək üçün dəyişdirilən Nizamnamə

Ölkə futbolu2021-09-17 12:44

“Bazel”in futbolçusu: “Belə çətin olacağını bilirdik”

Müsahibə2021-09-17 12:33

Emin Mahmudov: “Məğlubiyyət xoş deyil, amma…”

Gündəm