AFFA böyük bir şirkətlə sponsorluğa dair danışıqlar aparır.

Futbolinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.

Lakin o, hələlik həmin şirkətin adını açıqlamaq istəməyib: “Açıq tipli səhmdar cəmiyyət yaradıb, bölgə klubuna sponsorluq məsələsini həll etmək olar. Danışıqlar apardığımız şirkət bölgə klublarına maliyyə dəstəyi ola bilər. Hələlik adını deyə bilmərik, danışıqlar gedir”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp