Futbol üzrə İran çempionatında 14-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Persepolis”lə qarşılaşıb. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Cənubi Azərbaycanın digər təmsilçisi “Maşinsazi” klubu isə bu turda “Peykan”ın qonağı olacaq.

14 turdan sonra 19 xalı olan “Traktor” 16 kollektiv arasında 6-cı, 4 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp