Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, yığmamız startda Fransa millisi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın qollarını 2 və 10-cu dəqiqədə Sabir Allahquliyev vurub.
Azərbaycan yığması D qrupunda Fransa, İsveçrə və Estoniya ilə mübarizə aparır.