Futbol üzrə İtaliya A Seriyasında 5-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Dörd turdan sonra qələbəyə həsrət qalan “Yuventus” bu turda “Spetsiya” səfərinə yollanıb. Beş qolun qeydə alındığı bu oyunda Turin təmsilçisi nəhayət ilk qələbəsini rəsmiləşdirib.

“Milan” doğma meydanda “Venetsiya”nı iki cavabsız qolla üstələyib. “Salernitana” – “Verona” matçında qalib müəyyənləşməyib. “Kalyari” – “Empoli” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası
5-ci tur
21 sentyabr

Bolonya – Cenoa 2:2
Qol: Hiki, 49. Arnautoviç, 85-pen – Destro, 55. Krişito, 89-pen.

Atalanta – Sassuolo 2:1
Qol: Qosens, 3; Zappakosta, 37 – Berardi, 44.

Fiorentina – İnter 1:3
Qol: Sottil, 23 – Darmian, 52. Dzeko, 55. Perişiç, 87.

22 sentyabr

Salernitana – Verona 2:2
Qol: Qondo, 45+2. Kulibali, 76 – Kaliniç, 7; 29.

Spetsiya – Yuventus 2:3
Qol: Qyasi, 33. Antiste, 49 – M.Kin, 28. Kyeza, 66. De Liqt, 72.

Kalyari – Empoli 0:2
Qol: Di Françesko, 29. Stulaç, 69.

Milan – Venetsiya 2:0
Qol: B.Dias, 68. T.Hernandes, 82.

23 sentyabr

20:30 Sampdoriya – Napoli
20:30 Torino – Latsio
22:45 Roma – Udineze

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp