“Kadi zərbəni vurdu və top şəhidimizin fotosuna dəydi. Mən də getdim topu gətirməyə. Topdaşıyan uşaqdan topu alanda gördüm ki, həmin parkat səliqəsiz qalıb”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin qapıçısı Nicat Mehbalıyev deyib.

O, Azərbaycan Premyer Liqasının 6-cı turunda “Qarabağ”la oyunda top dəyən şəhid Məhəmməd İbrahimlinin fotosunun yer aldığı pankartı qaydaya salması ilə bağlı danışıb: “Mən gedib düzəltmək istəyirdim, amma ora çatana qədər artıq pankartı səliqəyə salmışdılar. Sadəcə gördüm ki, top dəyib və fotoda şəhidimizin üzünün sağ tərəfində toz dəyib. İstədim ki, onu təmizləyim və etdim. Fikrimcə, hansı futbolçu olsaydı, onu edərdi. Çünki şəhidlərimiz pakdır və onların xatirəsinə edilən hər şey də pak olmalıdır”.

Mehbalıyev bunu sosial şəbəkələrdə yayılsın deyə etmədiyini də açıqlayıb: “Həmin epizod ümumiyyətlə, kameralara düşməmişdi. Sonradan matçın gedişində göstərildi. Allah şahiddir ki, mən bunu kimsə görsün, sosial şəbəkələrdə paylaşılsın deyə etməmişəm. Özüm də sosial şəbəkələrdən uzaq insanam və istifadə etmirəm. Bu mənim borcum idi, etməli idim”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp