Futbol üzrə Portuqaliya çempionatında 14-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Vitoriya Gimaraynş”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:5.

Renat da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tondela” 14 turdan sonra 12 xalla 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp