Futbol üzrə Fransa çempionatında 18-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Səfərdə “Brest”lə qarşılaşan “Monpelye” 4 cavabsız qola sevinib. “Reyms” isə “Sent-Etyen”lə oyundan inamlı qələbə ilə ayrılıb.

“Lill” bu turda Lion “Olimpik”i ilə üz-üzə gələcəksə, Marsel “Olimpik”i də “Strasburq” səfərinə yollanacaq.

Turun mərkəzi görüşü Parisdə keçiriləcək. Lider PSJ burda “Monako”nun müqavimətini qırmağa çalışacaq.

Fransa Liqa 1
18-ci tur
10 dekabr

Nant – Lans 3:2
Qol: Muani, 49; 57. Simon, 90 – Kosta, 7. Kalimuendo, 14.

11 dekabr

Brest – Monpelye 0:4
Qol: Vahi, 45+1. Mavididi, 47. Sambiya, 60. Jermen, 85.

Reyms – Sent-Etyen 2:0
Qol: Ture, 23-pen. Mbuku, 89.

12 dekabr

16:00. Lill – Olimpik (Lion)
18:00. Anje – Klermon
18:00. Mets – Loryan
18:00. Renn – Nitsa
18:00. Trua – Bordo
20:00. Strasburq – Olimpik (Marsel)
00:00. PSJ – Monako

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp