Futbol üzrə Polşa çempionatında 18-ci turu çərçivəsində səfərdə Plotsk “Visla”sı ilə qarşılaşan “Legiya” növbəti məğlubiyyətinə üzüldü.

Futbolinfo.az xəbər verir ki, bu məğlubiyyət azərbaycanlı hücumçu Mahir Emrelinin də formasını geyindiyi komandaya baha başa gəlib.

Belə ki, Varşava klubunun azarkeşləri futbolçulara hücum edib.
Komanda üzvlərindən bir neçəsi ciddi xəsarət alıb. Ən çox döyülən millimizin üzvü Mahir Emreli və Lukinyas olub.

Xəbəri saytımıza polşalı həmkarlarımız çatdırıb.

Qeyd edək ki, “Visla” – “Legiya” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Hansı ki, Plotsk təmsilçisində də millimizin digər futbolçusu Anton Krivotsyuk çıxış edir. O, cəza səbəbindən bu görüşdə forma geyinə bilməsə də, Mahir start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

Ötən mövsüm Polşa çempionu olan “Legiya” hazırda 12 xalla sonuncu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp