“Qəbələ”nin braziliyalı futbolçusu Rafael Utziq ölkəsinin “Terra” nəşrinə açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu “Sumqayıt”ı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu haqqında danışıb.

Forvard iki ilə yaxın Azərbaycanda olduğunu xatırladıb və bu səbəbdən həmin qarşılaşmadakı soyuq havanın ona təsir etmədiyini söyləyib:

“Artıq buradakı havaya öyrəşmişəm. Kubokun ilk matçında vacib nəticə qazandıq. Evdəki cavab görüşünə kiçik üstünlüklə çıxacağıq. Doğma meydanda öz oyunumuzu diktə etməliyik. Hələlik heç nə müəyyən edilməyib”.

“Qəbələ” və “Sumqayıt” komandaları arasındakı cavab görüşü fevralın 13-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp