Yerli qapıçı sıxıntısı çəkən “Neftçi” Aqil Məmmədovun yolunu gözləyir. Zədəsini müalicəsi ilə məşğul olan qolkiper yalnız martda yaşıl meydana dönə biləcək. Bu səbəbdən İvan Brkiçi transfer edən bakılılar “çərçivə”ni də əcnəbiyə tapşırmağa məcburdu.

 

Gənc Kamran İbrahimova etibar etməyən “Neftçi” ötən ay “Sumqayıt”dan Aydan Bayramovu transfer etmək istədi. Lakin maliyyə şərtləri üzündən keçid baş tutmadı, xorvata güvənildi. Ölkədə səviyyəli yerli qapıçıların hamısı müqaviləylə hansısa kluba bağlı oldğuğndan yayı gözləmək lazım gələcək.

 

Amma dünən “Neftçi”nin yerli qapıçı transfer etmək fürsəti yarandı və bundan dərhal yararlandılar. Oynadığı komandalarda özünü doğrultmayan, vaxtilə “Neftçi”də də çıxış etmiş Rəşad Əzizli “Zirə”dən ayrıldı. Qəsəbə təmsilçisi heyət üzü görməyən qapıçı ilə müqaviləyə xitam verdi. Rəşad “ağ-qaralar”a yararlı qapıçı olmasa da, ehtiyat variant kimi dərhal onunla müqavilə imzalandı.

 

Bu keçidlə bağlı rəsmi açıqlama yoxdu və Əzizli dünən “Səbail”lə 6 aylıq müqavilə imzaladı. Elə qapıçının 1 gün ərzində 3 klub dəyişməsini də “dənizçilər”in elanından sonra anladıq. Belə ki, “çərçivə”də sıxıntısı olan “Səbail” Rəşadı icarəyə götürdüyünü (!!!) açıqladı. “Zirə”ylə müqaviləsinə xitam verilən, azad agent olan biri niyə icarəyə götürülsün ki?

 

Araşdırdıq, məlum oldu ki, Əzizli “Zirə”dən ayrılınca “Neftçi”ylə müqavilə bağlayıb və “Səbail”ə icarəyə verilib. İndi Rəşadın “Neftçi”yə əsas heyət üzvü kimi qayıtması üçün Bayıl təmsilçisində özünü sübut etməsi lazımdı.

1 1 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp