“Səbail” heyətinə daha bir qapıçı cəlb edib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Hüseynəli Quliyevi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sumqayıt”dan gətirilən qolkiperlə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Hüseynəli Quliyev “Səbail” üçün tanış futbolçudur. O, 2017/18 mövsümündə “Gənclər Liqası”nın bürünc medalını qazanan “Səbail”in U-19 komandasının heyətində çıxış edib. Gənc futbolçu həmin mövsüm “İlin qapıçısı” mükafatına da layiq görülüb.

Daha sonra “Sabah”ın ikinci komandasında çıxış etməyə başlayan qolkiper son olaraq “Sumqayıt”ın formaını geyinib.

“Səbail” ötən gün “Zirə”dən ayrılan qapıçı Rəşad Əzizli ilə də müqavilə bağlamışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp