“Çelsi”nin keçmiş hücumçusu Didye Droqba Fil Dişi Sahili Futbol Federasiyasının (FİF) prezidenti postuna namizədliyini irəli sürəcək.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu aprelin 23-də keçiriləcək seçkilərdə iştirak edəcək altı namizəddən biridir.

Droqba Fil Dişi Sahili millisi ilə 100-dən çox oyuna çıxıb. O, karyerası ərzində “Marsel”, “Çelsi”, “Qalatasaray” kimi klubların formasını geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp