“Mançester Siti” İngiltərə Premyer Liqasının 30-cu turunun təxirə salınmış matçında doğma meydanda “Brayton”a 3:0 hesabı ilə qalib gəlib.

Futbolinfo.az xəbər verir ki, bununla da, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola bütün yarışlarda 344 oyunda 250-ci qələbəsini qazanıb. Bu isə Premyer Liqada ən çox qazanılan qələbə deməkdir.

Əvvəlki rekord 396 matçda 250 qələbə qazanan “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”in keçmiş baş məşqçisi Joze Mourinyoya məxsusdur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp