Xorvatiya çempionatının 9-cu turundan təxirə salınmış “Hayduk” – “Dinamo” (Zaqreb) oyununda futbolçuların çıxışı dəyərləndirilib.

Futbolinfo.az xəbər verir ki, “Sportske novosti” portalı Zaqreb təmsilçisində çıxış edən azərbaycanlı futbolçu Mahir Emreliyə 6 xal verib.

Komandada daha 7 oyunçu eyni qiymətə layiq görülüb. Amma portal Emrelini sözügedən matçda “Dinamo”nun ən yaxşı futbolçusu seçib.

Mahir “Hayduk”la oyunda iki dəfə qol vurmağa yaxın olub. Lakin sonda onun komandası meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp