AFFA-da icraçı vitse-prezident vəzifəsi ləğv olunacaq. Bu barədə qurumun baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlama verib.

Funksioner bildirib ki, bu məsələyə İcraiyyə Komitəsinin qarşıdakı iclasında baxılacaq.

Qeyd edək ki, hazırda AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini Elxan Məmədov yerinə yetirir. O, mayın 1-dən FIFA-da fəaliyyətə başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp