Futbol üzrə Azərbaycan Birinci Divizionunda cari mövsümün ilk baş məşqçi istefası reallaşıb. “Mingəçevir”in çalışdırıcısı Azər Həşimov vəzifəsindən ayrılıb.

İstefaya səbəb kimi komandanın son oyunlardakı uğursuz çıxışı və klub rəhbərliyi ilə fikir ayrılığın olmasıdı.

A kateqoriyalı məşqçi kurslarında iştirak edən Azər Həşimov, saytımıza açıqlamasında digər klublardan təklif aldığını və yaxın vaxtlarda bununla bağlı qərar verəcəyini açıqlayıb.

Klub rəhbərliyi gənc mütəxəssisin yerinə əvəzləyici də tapıb. Komandanı bundan sonra Samir Məmmədov çalışdıracaq. O, indiyədək Həşimovun köməkçisi vəzifəsini icra edirdi.

BƏHRUZ MUSAYEV, Mingəçevir

Shares: