Lionel Messinin karyerasını ABŞ-da davam etdirəcəyi ilə bağlı xəbərlər səngimir. İndi də “The Times” argentinalının “İnter Mayami”yə keçməyə yaxın olduğunu yazır.

MLS təmsilçisi Qətərdəki Dünya Çempionatı bitdikdən sonra 35 yaşlı hücumçu ilə müqavilə bağlayacağına əmindi. Mövsümün sonunda PSJ ilə müqaviləsi bitən argentinalı məhz yayda Avropa karyerasını yekunlaşdırmalıdı.

Yay tətillərini tez-tez Mayamidə keçirən Messi klubun şəraiti ilə maraqlanıb və buranın onun üçün uyğun yer olduğuna əmindi. Geriyə müqavilənin razılaşdırılması qalır ki, bu baxımdan da ABŞ klubu simiclik etməyəcək. Plan baş tutsa, Lionel MLS tarixinin ən yüksəködənişli oyunçusu olacaq.

Fransa mətbuatı isə Messinin qalacağını yazır. Onlara inansaq, argentinalı qərar verməyib və yayı gözləyəcək. PSJ-nin yeni müqaviləsinin şərtləri Leo üçün həlledici ola bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp