“Sumqayıt”dan ayrılan Araz Abdullayevə Azərbaycanda təklif yoxdur. Baş məşqçi Samir Abasovun imtina etdiyi yarımmüdafiəçiyə heç kim maraq göstərmir.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, təcrübəli futbolçu ölkədə qalmaq istəsə də, onu heyətinə qatmaq istəyən klub yoxdur. Abdullayevə əvvəllər də oynadığı Türkiyə 1-ci liqasından təklif var, amma o, Bakıda qalmaq və burada oynamaq haqqında düşündüyünü deyib. Menecerlər ona başqa ölkələrdən də variantlar olduğunu bildirib.

Hazırda Araz bu barədə düşünür. Azərbaycanda hansısa klubdan dəvət almasa, Abdullayev yenə legioner həyatı yaşayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp