“Barselona”nın idman direktoru Yordi Kroyff Məhəmməd Kudusla maraqlandıqlarını etiraf edib. O, Dünya Çempionatında Qana millisinin heyətində parlaq futbol sərgiləyən 22 yaşlı hücumçuya etinasız olmadıqlarını söyləyib.
Amma “Ayaks”ın oyunçusunun İspaniyaya köçmək ehtimalı çox deyil: “Bir ildən çoxdur ki, Kudusu yaxından izləyirik. Amma yaxın müddətdə onunla müqavilə imzalamaq niyyətimiz yoxdur. Diqqətimizi çəkib, yığmada, “Ayaks”da çox qol vurur, lakin hələ ki, transferini planlaşdırmırıq”.
Əvəzində “Liverpul” və “Nyukasl” Kudus üçün yarışa girib. Qış transfer pəncərəsində hücumçunun bu iki klubdan birinə keçməsi proqnozlaşdırılır.