Rusya Futbol İttifaqı UEFA-dan çıxmaqla bağlı qərar verməyə hazırlaşır. Şimal qonşularımız Asiya Futbol Konfederasiyasına üzvlük üçün müraciət edəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə ittifaqın rəhbəri Aleksandr Dyukov məlumat verib. Rusiya idmançıları avrokuboklardan uzaqlaşdırıldığı üçün belə addım atmaq niyyətindədi. Qərar tezliklə İcraiyyə Komitəsinin iclasında veriləcək. Dyukovun dediyinə görə, ciddi müzakirələr gözlənilir və çox güman ki, UEFA-dan çıxmaq reallaşacaq.

Rəsmi qərar verilməsə də, UEFA indidən narahat olmağa başlayıb. Qurum belə böyük idman ölkəsini itirmək istəmir. Ukrayna hadisələrinə görə Avropa futbol ailəsindən kənarlaşdırılan qonşularımızla bağlı əfv qərarı vermək mümkün deyil. Lakin müharibə bitincə hər şey deyişəcək.

UEFA hətta indiki durumda da Rusiyanın itkisinin etibarına zərbə olacağını düşünür. Qitə futbol qurumunun rəsmiləri Moskvada Asiyaya yönəlməylə bağlı addımın reallaşmayacağına ümid edir.

Shares: