Formula 1 üzrə “Ferrari” komandasının rəhbəri Frederik Vasyör bolidin təkmilləşdirilməsi planlarından söhbət açıb. Onun sözlərinə görə, hər şey qaydasında gedərsə, gələn il maşın builkindən 0,8 saniyə sürətli olaca.

“Bizim, bolidi inkişaf etdirmə planımız var. Araşdırmalarımız ondan xəbər verir ki, sentyabrda 0,2 saniyə sürətli olacağıq. Oktyabrın sonuna qədər bir dövrədə sürət daha 0,2 saniyə artmalıdır. Gələn il isə bu artıma daha 0,4 saniyə əlavə edilməlidir.

Komandanın işçi planı mövcuddur. Vaxt itirmək fikrində deyilik. Bacardığımız qədər tez bir zamanda sürətimizi artırmağı düşünürük”, – deyə Vasyör “Automotosport” nəşrinə müsahibəsində bildirib.

Shares: