Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilən “Neftçi” ilə oyundan (1:2) sonra çempionata verilən fasiləyə görə 4 günlük istirahətə buraxılan “Qəbələ” oktyabrın 8-dən təlim-məşq prosesini davam etdirir. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Yuri Syominin rəhbərliyi altında Qəbələdə bir araya gələn komanda gündəlik iki məşqlə növbəti turda baş tutacaq “İnter”lə oyuna hazırlaşır.
 
Hazırlıq prosesində milli komandaların heyətində olan Elnur Allahverdiyev, Vladimir Levin (hər ikisi Azərbaycan milli komandası), Deyan Kelhar (Sloveniya milli komandası), Ürfan Abbasov (Azərbaycan U-21), Sadiq Quliyev, Elvin Camalov (hər ikisi Azərbaycan U-19), zədədən sonra bərpa prosesi keçən Rail Məlikov və Omar Kalabane iştirak etmir. 
 
Xatırladak ki, “İnter” – “Qəbələ” matçı oktyabrın 19-da baş tutacaq.
Shares: