“Neftçi” bu gün qış təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” yanvarın 4-dən 20-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində hazırlıq keçəcək.
Komanda qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.