Kriştianu Ronaldo keçmiş klubu “Real”dan danışıb. O, Madriddə futbolun tamam fərqli olduğunu dilə gətirib.

Futbolinfo.az xəbər verir ki, ötən ay Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçən portuqaliyalı yerli mətbuata müsahibəsində karyerasının ən parlaq dövrünü yada salıb: “Real”da hər zaman əsas olaraq Çempionlar Liqası barədə düşünürlər. Bir neçə il uğursuzluq yaşadıq, üzərimizdə təzyiq getdikdə böyüyürdü, lakin “La Decima”! (Onuncu) ilə arzuladığımız çempionluğu yaşamışdıq. Bu, ən xüsusi qələbəmiz idi. “Real” ilə 10-cu ÇL çempionluğu hər zaman xatirəmdə həkk olunmuş qalacaq və heç zaman unutmayacağam”.

Ronaldo Madriddə hamının ilk öncə Avropada uğura kökləndiyini deyib: “Real”a transfer olursansa, UEFA Çempionlar Liqası çempionluğunu yaşamaq artıq sizin üçün vərdişə çevrilir, orada olan hər kəs isə həmin çempionluğu daha xüsusi hiss edir. Madriddə olarkən, 5 mövsüm ərzində 4 dəfə UEFA Çempionlar Liqası çempionluğu yaşadıq. Bu, dəlilikdir. Düşünürəm ki, daha yüksək nəticələr əldə edə bilərdik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp