“Everton” baş məşqçi Frank Lempardı istefaya göndərməyəcək. Bu barədə İngiltərə mətbuatı yazıb.
Futbolinfo.az xəbər verir ki, son günlər ötənlərin məşhur yarımmüdafiəçisinin postundan uzaqlaşdırılacağı, yerinə Ueyn Runinin təyin olunacağı deyilirdi. Amma klubun sahibi Farhad Moshiri söz-söhbətə son qoyub. O, Lemparda sonsuz güvəndiyini və onu istefaya göndərməyəcəyini bildirib.
“Everton” hazırda uğursuz mövsüm keçirir. Liverpul klubu 18 oyuna 15 xal yığıb və liqada 18-ci yerdədir. Komanda həm İngiltərə, həm də Liqa Kubokunda mübarizəni dayandırıb. Bir il öncə bu posta təyinat alan 44 yaşlı mütəxəssisin hələ ilyarımlıq müqaviləsi var.