Misli Premyer Liqasında mövsümün ikinci yarısına az sonra Gəncədə start veriləcək. 19-cu tur çərçivəsində “Qəbələ”ni qəbul edəcək “Kəpəz”də ciddi itkilər var.
Futbolinfo.az xəbər verir ki, meydan sahibləri 3 legionerinin xidmətindən məhrum olub. Yeqor Xvalko, Giorgi Kantariya və Mate Kvirkviya cəza səbəbindən oyunu tribunadan izləyəcək. Onlardan başqa, Elçin Əlicanov da eyni səbəbdən kənarda qalacaq.