“Zirə”dən ayrılıb klubsuz qalan və futzal çempionatının 1-ci liqasında mübarizə aparan “Rəvan”la anlaşan Təmkin Xəlilzadənin futbolinfo.az-a müsahibəsi

– Artıq futzalda oynayacağın barədə xəbərlər var…

– “Rəvan” komandasında mənim dostlarım çıxış edir. Klubsuz idim və formada qalmaq lazımdır. Düşündüm ki, gedib orada qaça, məşq edə, oynaya bilərəm. Onlara niyyətimi dedim və razılaşdılar. Həvəskar liqadır. Yenə deyirəm ki, formada qalmaq üçün orada oynayacam.

– Amma karyeranı başa vurduğun deyilir. Nə dərəcədə doğrudur?

– Yox, karyeramı başa vurmamışam. Sadəcə, dediyim kimi, oynamaq, fiziki formanı saxlamaq lazımdır. Bu səbəbdən istədim ki, “Rəvan”da çıxış edim.

– Yəni hər an böyük futbola qayıda bilərsən?

– Əlbəttə ki, karyeramı bitirməmişəm.

– Təkliflər var idi?

– Var idi. Bir neçə komanda təklif göndərdi, amma alınmadı.

– Hansı komandalarla danışıq apardınız?

– Ad açıqlamaq istəmirəm. Amma danışıqlar oldu, razılaşa bilmədik.

– Bəs, indi böyük futbla qayıtmaq üçün nə edəcəksən?

– Xarici klublarla danışıqlar gedir. Yəni ola bilər ki, hər hansı xarici komandada çıxış edim.

– Hansı ölkələrdən təklif var?

– Real olmadığı üçün ölkə adı çəkmək istəmirəm.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp