Azərbaycanın stolüstü tennisçiləri daha bir beynəlxalq yarışda iştirak edəcəklər.
Futbolinfo.az xəbər verir ki, fevralın 25-dən martın 3-dək Portuqaliyanın Vila Real şəhərində təşkil olunacaq “WTT Youth Contender Vila Real 2023” turnirinə iki idmançı qatılacaq.
Millinin məşqçiləri Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi ilə Portuqaliya sınaqlarında Mərziyyə Nurmətova və Adil Əhmədzadə bacarıqlarını göstərəcəklər.
25-27 fevralda qızlar şəxsi turnirdə qalibi müəyyənləşdirəcəklər. Fevralın 28-də idmançılar qarışıq – qoşa yarışlarda qüvvələrini sınayacaqlar. Martın 1-dən 3-dək isə oğlanlar şəxsi yarışlarda mübarizə aparacaqlar.