Daha bir İngiltərə klubu cəza alacaq. Yerli futbol federasiyası “Ridinq”in 6 xalını silməyə hazırlaşır.
İngiltərə çempionatının 2-ci liqası sayılan Çempionşipdə mübarizə aparan klub maliyyə Feyr-Pleyinə əməl etmədiyi üçün 6 xaldan məhrum ediləcək. Rəsmi qərar teziklə verilməlidir.
24 komandanın yarışdığı liqada 33 turdan sonra 14-cü pillədə qərarlaşan “Ridinq”in hazırda 44 xalı var. Cəzadan sonra klub 19-cu pilləyə düşəcək.