İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda I Divizionun XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 47 nömrəli futbolçusu Musa Musazadə 32-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.
“Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 88 nömrəli futbolçusu Şirxan Həsənzadə 66-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.
“Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 80 manat cərimə edilib.
“Neftçi-2” – “Qarabağ-2” oyunundan əvvəl baş tutan iclasa polis nümayəndəsi gecikdiyinə görə “Neftçi-2” komandası 40 manat cərimə edilib.
“Neftçi-2” – “Qarabağ-2” oyununda texniki zonanın girişində akkreditasiyasız şəxslərin əraziyə daxil olmasına görə “Neftçi-2” komandası 80 manat cərimə edilib.
“Neftçi-2” – “Qarabağ-2” oyununda Təcili Tibbi Yardım briqadası matçın 66-cı dəqiqəsində zədəli futbolçunu apardıqdan sonra digər Təcili Tibbi Yardım briqadası ilə əvəzlənmədiyinə görə “Neftçi-2”yə xəbərdarlıq edilib.
“Səbail-2” – “İmişli” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“Mingəçevir” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 23 nömrəli futbolçusu Röyal Əhmədovun 81-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.
“Mingəçevir” – “Kəpəz-2” oyununda “Mingəçevir” azarkeşləri meydançaya kənar əşya atdığına görə klub 160 manat cərimə edilib.