“Neftçi”nin futbolçusu Ömər Buludov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXVII turuna təsadüf edib. O, “Kəpəz”lə ev matçında (2:2) sonradan meydana çıxıb.

Ömər Premyer Liqada yalnız “Neftçi”nin formasını geyindiyi üçün 100 görüşü də bu komandada keçirib. Onun aktivində 4 qol var.

Buludovun çempionatda debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2017-ci il noyabrın 25-də “Keşlə” (indiki “Şamaxı”) ilə ev matçında (3:1) şans qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp