İspaniya La Liqasının 26-cı turunun “Real”la oyunu “Barselona”nın futbolçusu Frank Kessye üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, komandasının qələbə qolunu 90+2-ci dəqiqədə fərqlənən yarımmüdafiəçi vurub.

Bu, “Barselona”nın La Liqa çərçivəsində “Nou Kamp”da vurduğu 3000-ci qol kimi tarixə düşüb.

Xatırladaq ki, Kataloniya təmsilçisi Madrid klubu ilə matçda 2:1 hesablı əzmkar qələbəyə sevinib. Meydan sahiblərinin digər qolunu Serxi Roberto vurub.

Bu mövsümün əvvəlində “Milan”dan “Barselona”ya keçən Kessye 32 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: