“Mançester Yunayted” əsas heyət üzvlərindən biri ilə yeni müqavilə bağlayıb. Lük Şou 2028-ci ilin yayınadək İngiltərə nəhənginin formasını geyəcək.

Futbolinfo.az xəbər verir ki, cinah müdafiəçisi ilə mövcud müqavilə gələn mövsümün sonunda başa çatacaqdı. Amma tərəflər anlaşmanı daha 4 illik uzatmaq qərarına gəlib. Tezliklə rəsmi açıqlama veriləcək.

2014-cü ildə 37,5 milyon avro müqabilində “Sauthempton”dan transfer edilən Şou əsas heyətin daimi üzvüdür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp