“Ximki”nin himayədarı Tufan Sadıqov klubu buraxmayacaqlarını bəyan edib. Rusiya klubunun azərbaycanlı sahibi Premyer Liqada qalmaq üçün çalışacaqlarını, mümkün olmasa belə, eyni qaydada işə davam edəcəklərini deyib.
Uzun illər kluba gizli şəkildə sponsorluq edən qalmaqalçı iş adamı nəhayət, “Xumki” barədə “Matç TV”-yə açıq danışıb: “Klubu bağlamayacağıq. Yüksək liqada, yoxsa aşağı dəstədə olmasından asılı olmayaraq, klub yaşayacaq. Qərar ötən ilin dekabrında verildi. Klubun 5 illik inkişaf planı var, büdcəsi bu müddət üçün təsdiqlənib. Borcumuz yoxdur, ümumiyyətlə, “Ximki”nin yaşaması ilə bağlı məsələ müzakirə mövzusu deyil”.
Xatırladaq ki, 20 turdan sonra 16 komanda arasında 15-ci yerdə olan “Ximki”nin turnir vəziyyəti kimi maliyyə durumunun da yaxşı olmadığı deyilir.